Tarix : 2012 Apr 30
Kod 30034

İranın Quru Qoşunlarının komandanı Azərbaycan Respublikasının İranla bəzi sərhəd zonalarda hərbi ...

Belə hal olubsa da, bu, adi bir haldır. Ola bilsin, bu addım hərbi təlim keçirmək üçündür
/Aran agentliyi

İranın Quru Qoşunlarının komandanı Azərbaycan Respublikası ordusunun tanklarının İran sərhədindəyerləşdirilməsi barədəməlumatının olmamasını bildirərək dedi: "Beləhal olubsa da, bu, adi bir haldır.  Ola bilsin, bu addım hərbi təlim keçirmək üçündür".

AranNews - General Əhmədrza Purdəstan Azərbaycan Respublikasının İranla bəzi sərhəd zonalarda hərbi fəallığı artırması barədəyayılan məlumatlara münasibət bildirərək dedi: “Bizim Azərbaycan Respublikası iləmünasibətlərimiz çox yaxşıdır vəbizim bu ölkəilədiplomatik əlaqələrimiz var".

O müsahibəsinin davamında artırdı: "Biz Azərbaycan Respublikasının bu addımını özümüzətəhdid saymırıq".

Quru Qoşunlarının komandanı Azərbaycan Respublikasının bu hərbi fəallığı barədədeyib: "Ola bilsin, bu addım hərbi təlim keçirmək üçündür".

Əhmədrza Purdəstan daha sonra deyib: "Bir hərbi qüvvəkimi bizim borcumuz İran İslam Respublikasının bütün sərhədlərini qorumaq, ölkəsərhədindən kənarda baş verən hər bir hərəkəti nəzarətdəsaxlamaq vəbaş verəbiləcək mümkün təhlükənin qarşısını almaqdır”.

Quru Qoşunlarının komandanı jurnalistlərdən birinin verdiyi "Siz Azərbaycan Respublikası ordusunun tanklarının İran sərhədindəyerləşdirilməsi xəbərini təsdiq edirsinizmi" sualını beləcavablandırıb: "Bu haqda məlumatım yoxdur. Lakin beləhal olubsa da, bu, adi haldır. Çünki bizim qonşu ölkələrləproblemimiz yoxdur".

Bir neçəgün qabaq daxili media Azərbaycan Respublikasının İranla bəzi sərhəd zonalarda hərbi fəallığı artırması barədəməlumat yaymışdı. Məlumata görə, son günlərdəAzərbaycan Respublikası ordusunun bəzisinin “sionist rejimin istehsalı” olan 30-a yaxın tankı İranın Biləsuvar vəParsabad məntəqələrinəyaxın sərhəd zonalarına doğru irəliləyib, bir neçəsaat hərəkət etdikdən sonra Azərbaycan Respublikasının İmişli şəhərindəyerləşdirilib".

Azərbaycan Respublikasının qabaqlar görünməmiş bu hərəkəti İran-Azərbaycan sərhəd bölgələrindəyaşayan yerli sakinlər üçün bəzi suallar döğurmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Apr 30