Tarix : 2012 Apr 30
Kod 30037

Sumqayıtda ictimai qorxu hökm sürür

Sumqayıtda insan orqanlarının satışı məqsədi ilə uşaqların oğurlanması ümumi qorxuya səbəb olub.
/Aran agentliyi

Sumqayıtdan çatan xəbərlərə əsasən, İctimai yerlərdə hər gün oğurlanmış uşaqların macəraları danışılır.

Artıq əhali uşaqlarına evdən bayıra çıxanda ehtiyatlı olmağı tapışırırlar.

Şəhərdə itkin düşmüş uşağların divarlara yapışdırılmış fotoları isə məsələnin ciddiliyini göstərir.

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində dayancaqda, mağazanın vitrinlərində, dirəklərdə bir uşağın şəkli var. Şəklin altından “Axtarılır” yazılıb. İtən uşaq 13 yaşlı Ramil Ağayevdir. Onun anası Səadət Ağayeva oğlunun martın 29-dan itdiyini deyir.

Sumqayıtda yerləşən məktəblərdə də şagirdlər və müəllimlər uşaq oğurlanması və orqanlarının çıxarılması ilə bağlı xəbərlərdən danışırlar.

Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində yerləşən 34 nömrəli məktəbin şagird və müəllimləri məktəblərində bir qızı oğurlamağa cəhd etdiklərini deyirər.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov APA-ya açıqlamasında deyib ki, uşaqların valideynləri ilə dərsə gəlib-getməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov APA-ya bildirib ki, uşaq oğurluğu və orqan alveri ilə bağlı deyilənlər şayiədir.

 

  • Yazılıb
  • da (də) 2012 Apr 30