Tarix : 2012 Apr 30
Kod 30040

Azərbaycan üç erməni hərbi əsiri üçüncü ölkəyə təhvil verib

2009-cu ilin may və iyulunda Azərbaycan Silahlı Qüvvələrinə əsir düşmüş üç Ermənistan hərbçisi üçüncü ölkəyə təhvil verilib
/Aran agentliyi

 

2009-cu ilin may və iyulunda Azərbaycan Silahlı Qüvvələrinə əsir düşmüş üç Ermənistan hərbçisi üçüncü ölkəyə təhvil verilib.

APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, Ohan Arutyunyan və Gevorq Tomasyan 2009-cu ilin mayında, Karen Arutyunyan isə 2009-cu ilin iyulunda əsir düşüblər.

Hazırda Azərbaycan tərəfdə bir ailənin üzvü olan 5 mülki şəxs var. Eqişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvarında könüllü olaraq Azərbaycana tərəfə keçiblər.

  • Yazılıb
  • da (də) 2012 Apr 30