Tarix : 2012 Apr 30
Kod 30041

Gənc Hüseynin anası Zəhraya və bacısı Rüqəyyəyə ünvanladığı məktub

''Ana axı bu Hicabda nəvar ki, onunla qoymurlar?''
/Aran agentliyi

Allahın adı ilə!

Məni bağışla Ana. Mən sənə ləyaqətli övlad ola bilmədim. Mən Allah bəyənən övlad ola bilmədim. Sənin başunda Həzrəti Zəhranın ləçəyi, qəlbində sevgisi. O, ləçəyi qorumaq üçün öz haqq səsini ucaltdın. Bunun müqabilində isə yerə yıxıdılaraq sürüdüldün. Mən ləyaqətsiz oğul bunu gördüm. Qəhər məni boğdu amma acizliyimdən sənə imdad ola bilmədim. Odur ki, nifrət edirəm özümə. Bu səbəb utanıram gözlərimi dikim gözünə. Məhşərdə nə üzlə çıxacam Həzrəti Zəhranın üzünə? Deməzmi, ey əzadarlığıma gələn bəndə! Zahirdə zöhd, təqva, iman səndə! Axı bu nə halətdir! Bu hansı əqidədir? Görəsən mənə qaşıda belə edərdinmi sən? Əgər olsaydın o zaman Mədinədə? Məni bağışla Ana!

Məni bağışla əziz və mehriban Rüqəyyə bacım. Sənə də təsəlli ola bilmədim. Yadımdadır ki, ilk məktəb ilin idi. Anamız sənin əlindən tutub səni apardı məktəbə. Sənin üzündə ki, o sevinc hissi məni az qala sevinc göz yaşlarına qərq edirdi. Amma bu sevinc bir saat çəkdi. Anamın əlindən tutmuşdun və hoppana-hoppana gedirdin məktəbə sarı. Anam səni təhvil verdi müəlliməyə və ötürdü məktəbin qapısından içəri. Anam və mən səni elə məktəbin həyətində cə gözləməyə başladıq. Amma bir neçə dəqiqə keçəndən sonra, müəllimə sənin əlindən tutaraq çıxartdı həyətə və gətirdi yanımıza. Başını yelləyərək bircə cümlə dedi. "Deyillər Hicabla olmaz mənlik deyil, qoymadılar" Və sonra məktəbin o şüşəli qapısını bağladı üzümüzə. Səndə ay Rüqəyyə can şüşəli qapıya söykənərək məktəbin içərisində atılıb-düşən uşaqlara baxa-baxa başladın ağlamağa. Ey kaş mənim ürəyim elə oradaca partlayardı. Mən bunları görmzdim. Anamız biraz etiraz etdi. Orada ki, bir-iki nəfər məktəb rəsmisi "ay bacı nəvar ki, burda bu uşağın başını açın qoy getsin dərsədə, bu kasınka ilə olmaz axı" Sən bu sözləri eşidəndə anama yavaşca dedin: "Ana axı bu Hicabda nəvar ki, onunla qoymurlar? Bunların niyə Hicabdan zəhlələri gedir? Anamız sənin bu sualına göz yaşlarıyla cavab verməli oldu. Səni sıxdı bağrına və biz qayıtdıq evə. Bacı can mən bütün bu olanların şahidiyəm. Amma qorxaqlığımdanmı deyim, acizliyimdənmi deyim bilmirəm nədən deyim mən sənə və səni kimilərə bu məsələdə imdad ola bilmədim. Kərbəla yadıma düşür. Orada ki, qızların nə Hüseyni, nə Əbəlfəzi, nədə ki, Əli Əkbəri var idi. Amma bu gün sizlərin gör nəqədər Hüseyni, Əbəlfəzi var. Fəqət nə fayda! Ey vay mənə və məni kimilərə. Nə üzlə çıxarıq Əli və ali Əlinin önünə?

Məşədi Natiq

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 30