Tarix : 2012 May 01
Kod 30047

Rusiya bu il Azərbaycana Mi-35M tipli daha 16 helikopter çatdıracaq

Uçuş testlərinin ardınca helikopterlər Azərbaycana yola salınacaq
/Aran agentliyi

Rusiyanın "Rosvertol" şirkəti Azərbaycanın sifariş verdiyi Mi-35M tipli helikopterlərin çatdırılmasını bu il ərzində tamamlamağı planlaşdırır. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, hazırda şirkətin Rostov-Don şəhərindəki zavodunda müqavilədə nəzərdə tutulan digər helikopterlərin istehsalı və uçuş testləri davam etdirilir. Testlərin ardınca, helikopterlər Azərbaycana yola salınacaq.

Rusiyanın "Russplanes" saytının məlumatına görə, Azərbaycanın sifarişi üzrə istehsal olunmuş növbəti Mi-35M tipli helikopter aprelin 26-da Rostov-Don şəhərində "Rosvertol" şirkətinin pilotları tərəfindən uçuş testlərinə başlayıb.

Qeyd edək ki, Mi-35 helikopterlərinin Azərbaycana çatdırılmasına 2011-ci ilin dekabr ayından başlanıb. Müqavilədə nəzərdə tutulmuş 24 helikopterdən 8-i artıq Azərbaycana gətirilərək silahlanmaya qəbul edilib. Qalan 16 helikopterin isə mərhələlərlə Bakıya göndərilməsi nəzərdə tutulur.

Mi-35M helikopteri gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.

  • Yazılıb
  • da (də) 2012 May 01