Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser   Azərbaycan Respublikasında insan haqlarının  pozulduğuna ...
  /Aran agentliyi
Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser   Azərbaycan Respublikasında insan haqlarının  pozulduğuna görə  bu ölkənin  ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsini boykot etməyə çağırıb.
 
Alman deputat həmçinin Belarusda keçiriləcək dünya xokkey çempionatı və  2012-ci il Avropa futbol çempionatının ev sahiblərindən olan Ukraynanı boykot etmək təklifinə müsbət münasibət bildirib.
 
Qeyd etmək lazımdir ki, son günlərdə Almaniyada  Azərbaycan Respublikasında  insan haqqlarının  bərbad  vəziyyətini tənaid edənlərin  fikirləri  səsləndirilib ki, rəsmi Bakının da reaksiyalarina  və  Almaniyanın Hitler dövründə olan keçmişinə dair  təbliqat etməsinə  səbəb olub.