Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser Azərbaycan Respublikasında insan haqlarının pozulduğuna ...
/Aran agentliyi
Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser Azərbaycan Respublikasında insan haqlarının pozulduğuna görə bu ölkənin ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsini boykot etməyə çağırıb.
Alman deputat həmçinin Belarusda keçiriləcək dünya xokkey çempionatı və 2012-ci il Avropa futbol çempionatının ev sahiblərindən olan Ukraynanı boykot etmək təklifinə müsbət münasibət bildirib.
Qeyd etmək lazımdir ki, son günlərdə Almaniyada Azərbaycan Respublikasında insan haqqlarının bərbad vəziyyətini tənaid edənlərin fikirləri səsləndirilib ki, rəsmi Bakının da reaksiyalarina və Almaniyanın Hitler dövründə olan keçmişinə dair təbliqat etməsinə səbəb olub.