Tarix : 2012 May 01
Kod 30058

Gey-parada etirazına görə həbs olunmuş ruhani Cəlilabad təcridxanasına aparılıb

Azərbaycan Respublikasında qey-parad keçirilməsinə etirazına görə həbs olunmuş cəlilabadlı ruhani Hacı İlqar Əliyev saxlandığı Bakı İstintaq ...
/Aran agentliyi

Azərbaycan Respublikasında qey-parad keçirilməsinə etirazına  görə həbs olunmuş cəlilabadlı ruhani Hacı İlqar Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasından  Cəlilabad Rayon Polis Şöbəsinin təcridxanasına aparılıb.

“İslamazəri ” saytı xəbər verir ki, bu, istintaq hərəkətləri ilə bağlıdır. Güman edilir ki, Fevralda həbs olunan Hacı İlqar Əliyev şahid kimi işə cəlb edilmiş polis əməkdaşları ilə üzləşdiriləcək.

Fevral ayının 17-də tutulan ruhani Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) günahlandırılır.

Hacı İlqar Əliyevin Bakıda cinsi azlıqların parad keçirmək niyyətinə etiraz etdiyi üçün tutulmasından əlavə , son günlər Cəlilabadda daha iki fəal dindar Azər Nəzərov və Rauf Əbilov həbs olunub.

  • Yazılıb
  • da (də) 2012 May 01