Tarix : 2012 May 01
Kod 30059

İran Amerikalı keşişin Quran-Kərimə hörmətsizliyini pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi özünü keşiş hesab edən bir amerikalının Rəhmət Peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s)in misilsiz möcüzəsi olan Quran-Kərimə aşkar hörmətsizlik ...
/Aran agentliyi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi özünü keşiş hesab edən bir amerikalının Rəhmət Peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s)in misilsiz möcüzəsi olan Quran-Kərimə aşkar hörmətsizlik sayılan alçaq, çirkin və təhrikedici hərəkətini kəskin formada pisləyib.

İranın Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar yaydığı bəyanatında bildirib:" Şübhəsiz amerikalı keşişin bu hərəkəti dini nifrətin yaranmasına səbəb olacaq və dünya müsəlmanlarının hiddət və nifrəti ilə nəticələnəcəkdir. Bu məsələ Amerika dövlətinin bu cür ifratçı hərəkətlərin təkrar edilməsinin qarşısının alınması haqda heç bir hərəkət həyata keçirməməsi üzrə məsuliyyətini daha da ağırlaşdıracaqdır.

İranın Xarici İşlər Nazirliyi hər dəfə müxtəlif bəhanələrlə və təbliğat eləcədə media arxası ilə baş verən bu cür hörmətsizcəsinə olan hərəkətləri kəskin formada pisləyərək, belə inanır ki, beynəlxalq ictimaiyyət , Amerika dövləti tərəfindən bu hərəkətin amilləri ilə dərhal, kəskin və açıq formada davranılması, bu cür mədəni cinayətin təkrarlanmasının qarşısının alınması barədə aydın və praktiki hərəkətlərin həyata keçirilməsini gözləryir".

Bu bəyanatda sonra belə bildirilir:" Aydındır ki, Əbu-Qurəyb və Quantanamo , son zamanlar isə Əfqanıstanın Bəqram Hava Bazasında ABŞ hərbçiləri tərəfindən ürəkağrıdıcı Quran yandırma hadisəsi zamanı  Amerikanın hərbi qüvvələrinin keçmiş cinayətləri, həmçinin ABŞ dövlətinin və rəsmilərinin qeyd edilən hadisələrin amilləri ilə kəskin və qanuni formada davranmamaları, Teri Conz kimi hörmətsizlik edən şəxslər və ifratçıların həyasızlaşması üzrə əsas amillərdəndir ki, Amerika dövlətinin sistematik formada özünü cahilliyə vurma şübhəsini yaradır. Həmçinin ABŞ dövlətinin İslam Dünyasından dərhal üzr istəməsini zəruri edir".

  • Yazılıb
  • da (də) 2012 May 01