Zərdüşt Əlizadə: ''SSRİ-in çökmə prosedurunun görünən tərəfini Avropanın hazırki durumu ilə müqayisə etmək doğru olmazdı''
/Aran agentliyi
Tanınmış milyarder sərmayəçi Corc Soros avro bölgəsində hökm sürən borc böhranını Sovet İttifaqının 1990-cı illərin əvvəlində çökməsinə gətirib çıxaran faktorlarla müqayisə edib. O, bildirib ki, Avropa avro bölgəsi böhranının dağıdıcı potensialı ilə Sovet İttifaqının çökməsinə bənzəyir. Avropada davam edən ictimai, iqtisadi və mənəvi böhranın Avropa İttifaqını baltaladığını, Sovet İttifaqına bənzər dağılma müddətini ortaya çıxardığını görə bilərik". Corc Sorosun fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə maraqlı fikirlər səsləndirdi. Politoloq qeyd etdi ki, Avropa İttifaqı borc böhranını üstələyəcək. ”SSRİ-də demokratiya, söz azadlığı və plüralizm mövcud olsaydı, ittifaqın mövcudluğu bu günə qədər davam edəcəkdi. Aropada isə sovet ittifaqından fərqli olaraq demokratiya və plüralizm mövcuddur.”
Hazırda Avropada ciddi iqtisadi problemlərin, millətçiliyin və miqrasiyanın gücləndiyini qeyd edən politoloq, “lakin bütün mənfi təzahürlərlə yanaşı Avropanın böyük bir dəyəri, yəni demokratiyası mövcuddur”,-deyə bildirdi: “Demokratiya imkan verir ki, sadə vətəndaşlar, ekspertlər və siyasi xadimlər baş vermiş problemlərlə bağlı öz təkliflərini irəli sürsünlər. Təkliflər isə nəzərə alaraq müzakirə edilir. Nəticə etibarı ilə problemin həllini çözmək asan olur. Politoloq onu da bildirdi ki, Avropa qitəsinin inteqrasiyası böyük taktiki və mənəvi əhəmiyyəti olan prosesdir: “Bu cərəyan təsadüfən yaranmayıb. Kiçik sahələrin inteqrasiyasında başlayaraq, bütün qitəni əhatə edib. Avropa qitəsi böhrandadır, lakin bununla yanaşı Xorvatiyada, Serbiyada, Türkiyədə Avropaya inteqrasiya prosesləri gedir. Çünki Avropaya inteqrasiyada iqtisadi, mədəni elmi və siyasi inkişaf üçün kifayət qədər şərait var.”
Sonda Zərdüşt bəy qeyd etdi ki, Avropa baş verən böhranı üstələyəcəyək: “Sadəcə olaraq Corc Soros Avropaya ABŞ gözü ilə baxır. Hərçənd ki, onun özü avropalıdır. SSRİ-in çökmə prosedurunun zahiri oxşarlığını götürüb Avropanın hazırki durumu ilə müqayisə etmək doğru olmazdı.”
faktxeber