Tarix : 2012 May 01
Kod 30063

Azərbaycan Respublikası hərbi büdcəsini artırıb

Azərbaycan Respublikasının hərbi büdcəsi artırıb
/Aran agentliyi

Azərbaycan Respublikası 2011-ci ildə hərbi büdcəsini 89% artırıb. Bu isə dünya miqyasında ən yüksək artım hesab olunur.

Aran İnformasiya Agentliyinin məlumatına əsasən, Azərbaycan Respublikasında çap olunan Bizim Yol qəzeti bir məqalədə yazıb: Rəsmi Bakı ötən 5 il ərzində hərbi təchizat büdcəsini 4 dəfə artıraraq 12 milyard dollara çatdırıb. Bu isə Qafqaz və Orta Asiyada ən yüksək hərbi büdcə deməkdir.

Azərbaycan Respublikası hərbi təchizatını Ukrayna, Belarus, Türkiyə, Çin, Serbiya, Avstraliya və sionist rejimdən alsa da təkcə Türkiyə Belarus və Ukrayna ilə müqavilə bağlamışdı.

Stokholm Beynəlxalq Tədqiqat Mərkəzinin son məlumatlarına görə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra xəbərdarlıqdan sonra Azərbaycan Respublikası 2011-ci ildə hərbi büdcəsini 89% artırıb.

  • Yazılıb
  • da (də) 2012 May 01