Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün çərşənbə günü BMT Təhlükəsizlik Şurasının xüsusi toplantısında iştirak etmək məqsədilə ABŞ-a səfər edib
/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün çərşənbə günü BMT Təhlükəsizlik Şurasının xüsusi toplantısında iştirak etmək məqsədilə ABŞ-a səfər edib.
Bakıdakı yerli mənbələrin məlumatına görə, Azərbaycan Respublikası may ayının əvvəlindən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının dövrü başçılığını öhdəsinə götürəcək.
Bu məlumata əsasən İlham Əliyev 4 mayda Təhlükəsizlik Şurasının terrorizm barəsində xüsusi toplantısına başçılıq edəcək.
Azərbaycan Respublikasının BMT-dəki nümayəndəsi Aqşin Mehdiyev jurnalistlərlə müsahibədə deyib: Təhlükəsizlik Şurasının rəyasəti kimi ilk dəfə Azərbaycan Respublikasının seçilməsi bu ölkə tarixində əhəmiyyət kəsb edir. Çünki Bakı Dağlıq Qarabağ probleminin həlli layihəsi üçün bütün səyini göstərəcək.
“Azərbaycanın nümayəndəliyi rəyasət dövründə daha çox təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə yolları, eləcə də kütləvi qırğın və atom silahlarının Yaxın Şərqdə yayılmasının qarşısının alınması, Balkan yarımadasında yerləşən ölkələrə hakim vəziyyətlə əlaqədar öz təkliflərinin araşdırılması üçün Təhlükəsizlik Şurasına üzv digər ölkələrə təqdim edəcək” –deyə Mehdiyev bildirib.
Aqşin Mehdiyevin sözlərinə görə, Suriya məsələsi ilə əlaqədar Kofi Annanın 6 bəndlik layihəsi, Cənubi Sudan üsyançılarının məsələsi, İranın nüvə fəaliyyətləri Təhlükəsizlik Şurasının may ayı toplantılarının gündəminə təklif olunmayıb.
Azərbaycan Respublikası 2012-ci il yanvar ayının 1-dən Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri kimi öz fəaliyyətini başlayıb.
TŞ 5 daimi üzv ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa və iki illik bir dövr üçün seçilən 10 qeyri-daimi üzvdən ibarətdir.
Bu vəzifəyə seçilən namizədlər regional qruplar tərəfindən elan olunur və Azərbaycan Respublikası Şərqi Avropa ölkələri qrupu tərəfindən namizəd oldu. Lakin bəzi qərb nəşriyyatı Liviyanın da xalq qiyamından öncə 2 il Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğuna toxunaraq Azərbaycan Respublikasının bu şuraya üzvlüyünü az əhəmiyyətli adlandırıb.
Azərbaycan Respublikası, Qvatemala, Mərakeş, Pakistan və Toqo bu ilin əvvəlindən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü yəni Kolumbiya, Almaniya, Portuqaliya, Hindistan və Cənubi Afrikaya qoşulub. Belə ki, ölkələrin dövrü üzvlüyü gələn il başa çatacaq