Azərbaycan Respublikasında keçiriləcək “Eurovision” üçün “Bakı Kristal Zal” da aparılan hazırlıqlar zamanı “Brainpool” şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb
  /Aran agentliyi
 
 
Almaniyanın “Brainpool” şirkəti bu gün əcaib bir  açıqlamada bildirib : “Azərbaycan Respublikasında keçiriləcək “Eurovision” üçün “Bakı Kristal Zal” da aparılan hazırlıqlar zamanı “Brainpool” şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb.”
 
Bununla bağlı "Brainpool" şirkəti açıqlamasında vurğulayıb : “Hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. “Brainpool” şirkətinin rəhbəri Yorq Qraboş deyib ki, hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, hadisə, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq baş verib!”
 
Bundan öncə Azərbaycan Respublikasının İctimai Televiziyası Bakıda Avroviziya üçün Kristal Zalın tikilməsi üzrə məsələlərin Almaniyanın Brainpool şirkətinə tapşırılması barəsində geniş təbliğatda bu şirkəti ən uğurlu şirkətlərdən biri və bu şirkətlə müqavilənin bağlanmasını Azərbaycan Respublikası üçün önəmli bir addım hesab etmişdi.
 
Qeyd etmək lazımdır ki, may ayının sonlarında keçirilməsi planlaşdırılan Avroviziya mahnı müsabiqəsi və Gay Paradla əlaqədar layihələrdə Almaniya şirkətlərinə böyük imtiyazların verilməsinə baxmayaraq, son həftələr ərzində pərdə arxası naməlum səbəblərə görə Azərbaycan Respublikası ilə Almaniya arasında söz atışması davam edib. Hətta son vaxtlar Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Ştrauser Bakı və Berlin arasında söz atışmasının kəskinləşməsinin ardınca, təklif edib ki, Azərbaycan Respublikası hökuməti tərəfindən insan haqlarının pozulmasına görə Avroviziya-2012 mahnı müsabiqəsi boykot edilsin