Son günlər Azərbaycan Respublikasında baş nazirlik ətrafında dəyişiklik və ölkənin hazırkı baş naziri Artur Rəsizadənin ...
/Aran agentliyi
Son günlər Azərbaycan Respublikasında baş nazirlik ətrafında dəyişiklik və ölkənin hazırkı baş naziri Artur Rəsizadənin çıxarılması və onun yerinə münasib bir şəxsin gətirilməsi barədə əsaslı ixtilafın şahidiyik. Bu məsələ hazırda Azərbaycan Prezident Administrasiyasının ən mühüm bir probleminə çevrilmişdir.
Paşayevlər qanadı ilə, naxçıvanlılar qanadının hakimiyyət daxilində keçmişdən olan böyük ixtilaflarına diqqət etməklə, bu vəzifə üçün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Nəqliyat naziri Ziya Məmmədov, Müdafiə Sənayesi naziri Yavər Camalov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəzərdə tutulmuşdur.
Lakin, Prezident Administrasiyasında keçirilən iclasın nəticələrinə diqqət etməklə naxçıvanlılar qanadı yeni naziri öz yaxınları arasından və həmçinin gənc bir şəxsi seçmək və "Eurovision" müsabiqəsindən sonra təqdim etmək istəyirlər.
Qeyd edək ki, bundan qabaq bu iki qanad arasında Bakı şəhərinə icra başçısı vəzifəsi üstündə mübahisə yaranmışdı. Belə ki, naxçıvanlılar Elmar Məmmədyarovu, paşayevlər qanadı isə Sumqayıtın hazırkı icra başçısını təqdim edirdilər.