Tarix : 2012 May 04
Kod 30104

Meriya İctimai Palataya istədiyi yeri vermədi

Müxalifətə aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib
/Aran agentliyi

Müxalifətə aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 6-na təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətini cavablandırıb.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya bildirib ki, cavab məktubunda aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

T. Yaqublu deyib ki, paytaxt rəhbərliyinin məktubu İP Koordinasiya Şurasının mayın 4-də keçiriləcək iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək.

  • Yazılıb
  • da (də) 2012 May 04