Tarix : 2012 May 04
Kod 30105

Azərbaycan xalqı Gey parada etiraz edir

Azərbaycan Respublikasında sosial vəziyyətlə əlaqədar narazılıqların genişlənməsi və bayağı Avroviziya mahnı müsabiqəsi ilə Gey Parada “xüsusi” hazırlıq işlərinin ....
/Aran agentliyi

Azərbaycan Respublikasında sosial vəziyyətlə əlaqədar narazılıqların genişlənməsi və bayağı Avroviziya mahnı müsabiqəsi ilə Gey Parada “xüsusi” hazırlıq işlərinin görülməsinə etirazların baş qaldırmasının ardınca ölkə səviyyəsində divar şüarlarının yazılması geniş vüsət alıb.

Astara, Lənkərən, Gəncə və Mingəçevirdən daxil olan məlumatlara görə, dövlət məmurlarının ötən həftə Avroviziya mahnı müsabiqəsi və Gey Parada dair divarlara yazılmış etiraz şüarlarını təmizləməyə cəhd göstərmələrinin ardınca, bir daha divarlara “Ya Qarabağ, Ya Ölüm”, “Bahalaşmaya Son Qoyulsun”, “Ya Qarabağ, Ya Gey Parad”, “İSTEFA”, “Gey-ləri Azərbaycana gətirənlərə ar olsun” şüarları yazılıb.

Həmçinin, qeyd etmək lazımdır ki, aprelin 23-də Azərbaycan Respublikasının 17 məntəqəsində Avroviziya Mahnı Müsabiqəsi və Gey Parad əleyhinə gecə şüarları səsləndirilmişdi.

  • Yazılıb
  • da (də) 2012 May 04