Azərbaycan Respublikasının prezidenti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iclasında iştirak etmək üçün dünən Amerikaya gedib
/Aran agentliyi
Azərbaycan Respublikasının prezidenti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iclasında iştirak etmək üçün dünən Amerikaya gedib.
Bakı medialarının məlumatına əsasən, İlham Əliyev mayın 1-dən TŞ-nın dövrü sədrliyini qəbul edib.
Daxil olan məlumatlara görəTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan Respublikasının bu şuraya dövrü sədrlik müddəti 1 aydır. İlham Əliyev mayın 4-dəTŞ-nin terrorizmləmübarizəiclasına sədrlik edəcək.
Bu respublikanın BMT-dəki təmsilçisi Aqşin Mehdiyev jurnalistlərəverdiyi açıqlamasında deyib: Azərbaycan Respublikasının TŞ-yədövrü sədrliyi böyük əhəmiyyət kəsb edir. Çünki Bakı Qarabağ münaqişəsinin həllini irəli sürmək üçün bütün imkanlarından istifadəedəcək.
“Azərbaycanın nümayəndəliyi rəyasət dövründədaha çox təhlükəsizlik məsələləri, terrorizmləmübarizəyolları, eləcədəkütləvi qırğın vəatom silahlarının Yaxın Şərqdəyayılmasının qarşısının alınması, Balkan yarımadasında yerləşən ölkələrəhakim vəziyyətləəlaqədar öz təkliflərinin araşdırılması üçün Təhlükəsizlik Şurasına üzv digər ölkələrətəqdim edəcək” –deyəMehdiyev bildirib.
Aqşin Mehdiyevin sözlərinəgörə, Suriya məsələsi iləəlaqədar Kofi Annanın 6 bəndlik layihəsi, Cənubi Sudan üsyançılarının məsələsi, İranın nüvəfəaliyyətləri Təhlükəsizlik Şurasının may ayı toplantılarının gündəminətəklif olunmayıb.
Azərbaycan Respublikası 2012-ci il yanvar ayının 1-dən Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri kimi öz fəaliyyətini başlayıb.
TŞ 5 daimi üzv ABŞ, Rusiya, Böyük Britaniya, Çin vəFransa vəiki illik bir dövr üçün seçilən 10 qeyri-daimi üzvdən ibarətdir.
Bu vəzifəyəseçilən namizədlər regional qruplar tərəfindən elan olunur vəAzərbaycan Respublikası Şərqi Avropa ölkələri qrupu tərəfindən namizəd oldu. Lakin bəzi qərb nəşriyyatı Liviyanın da xalq qiyamından öncə2 il Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğuna toxunaraq Azərbaycan Respublikasının bu şuraya üzvlüyünü az əhəmiyyətli adlandırıb.
Azərbaycan Respublikası, Qvatemala, Mərakeş, Pakistan vəToqo bu ilin əvvəlindən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü yəni Kolumbiya, Almaniya, Portuqaliya, Hindistan vəCənubi Afrikaya qoşulub. Beləki, ölkələrin dövrü üzvlüyü gələn il başa çatacaq.