Eurovision mahnı müsabiqəsi ərəfəsində Almaniya nəşri məxfi sənədin mətni ilə tanış olub
/Aran agentliyi
Eurovision mahnı müsabiqəsi ərəfəsində Almaniya nəşri məxfi sənədin mətni ilə tanış olub.
Xarici İşlər Nazirliyinin hesabatı Azərbaycanda parlament debatlarının "demək olar ki, mümkün olmadığını" və müxalifətin fəaliyyətinin hətta "dövlət təqibi" vasitəsinə əl atmaqla "məhdudlaşdırıldığını" qeyd edir.
Məxfi sənəddə deyilir ki, Azərbaycan Eurovision mahnı müsabiqəsinə görə indiyədək dünya ictimaiyyətin bu dərəcədə diqqətini qazanmayıb. Bununla yanaşı ölkə barədə ictimai fikir də bu dərəcədə parçalanmış olmayıb.
2010-cu ildə Azərbaycan İsrailin o vaxtkı müdafiə nazirinin müavini Efraim Sneh tərəfindən Qafqazda "tərəqqi və müasirlik" nümünəsi kimi təriflənib. Bunun ardınca Foreign Policy dərgisinə əsasən Azərbaycan neftinin əsas idxalçılarınadn olan İsrail Azərbaycandakı hava bazalarını istifadə etmək haqqını qazanıb.
Avropalılar diqqətini Azərbaycana yönəldəndə onların əsas şikayətləri insan haqlarının pozulması ilə bağlı olub.
ABŞ strateqləri daha parqmatik yanaşma seçiblər. Göründyü kimi onları Azərbaycanla İsrail arasında 2012-ci ildə bağlanılmış silah sövdələşməsi "siyasi" mötivlərlə həbs edillənlərdən daha artıq narahat edir, deyilir hökumət hesabatına istinadən yazılan məqalədə.
2009-cu ildə Amerikanın Bakıdakı səfirliyinin məktubunda prezident İlham Əliyev "Godfather" filmindəki "mafiya" başçısı ilə müqaisə olunur. Belə bir şəraitdə onunla mahnı müsabiqəsi naminə danışıqlara girmək dəyərmi? sualını qoyan Spiegel mənəvi məzəmmətlərin həddinin olduğunu bildirir.
Almaniyaya neft ixrac edən prezident Əliyevin ölkəsi Avropa Şurasının üzvü olaraq insan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarını tanıyır. Qitə boyunca yaxşı əlaqələrə malik olan Azərbaycan prezidentinin opponentlərinin etirazları üçün yeganə səhnə olaraq Bakıdakı mahnı müsabiqəsi qalır, yazır Spiegel.