/Aran agentliyi
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu “Eurovision varlığımıza qarşı!” devizi altında ədəbi müsabiqə keçirir. Müsabiqəyə Eurovisionun təxribatçı mahiyyətini açan məqalələr, köşə yazıları, şeirlər qəbul edilir. Müsabiqəyə 1 may, 2012-ci il tarixində yekun vuralacaq. 7 may, 2012-ci il tarixində müsabiqənin qalibləri elan olunacaq və mükafatlar təqdim ediləcək. Müqəddəs Qum şəhərində institutun ofisində mükafatlandırma mərasimində iştirak edə bilməyən qaliblərin mükafatları göstərdikləri ünvana göndəriləcək.
 
Mükafatlar:
 
1-ci yer 1000 AZN
 
2-ci yer 700 AZN
 
3-cü yer 500 AZN
 
4-10-cu yerlər qiymətli mükafatlar
 
“Eurovision varlığımıza qarşı!”
 
müsabiqəsinin təşkilat komitəsi
 
Əlaqə üçün: post@haqqyolu.com
 
 
 
* * *
 
Ötən üç ay ərzində redaksiyamıza daxil olan çoxsaylı yazılar münsiflər heyəti tərəfindən nəzərdən keçirildi. Fərdi qiymətləndirmələr əsasında orta bal çıxarıldı və nəticə belə oldu:
 
1-ci yer: “Böyük bir qayeyi-əməl vardır ki… Yevrovijn?" (A. Murad)
 
2-ci yer: “Diqqәtlә bахın!” (N. Əliyev)
 
3-cü yer: “Eurovision”a gedən yol (F. Paşa)
 
4-cü yer: “Yevrovijna elegiya” (İ. Kamil)
 
5-ci yer: “Sən susursan” (L.Quliyeva)
 
6-cı yer: “Elə bir dövr gələcək…” (M. Fuad)
 
7-ci yer: “Allah bəlasından saxlasın!” (F. Vəlizadə)
 
8-ci yer: “Eurovision milli varlığımızın sonudur” (E. Manafov)
 
9-cu yer: “Qeyrət vaxtıdır, gey-parad yox!” (A.Məmmədov)
 
10-cu yer: “Yevrovijn dərdi” (E. Hüseynov)
 
11-ci yer: “Bizə eurovision lazımdır, yoxsa Qarabağ?!” (H. Bədəlova)
 
12-ci yer: “Bir vaxtlar Mirzə Cəlil…” (İ.Hüseynzadə)
 
13-cü yer: “Həqiqət həqiqət olaraq” (T.Musayev)
 
Siyahıdan gördüyünüz kimi, əsas qaliblərdən əlavə 7 yox, 10 iştirakçı mükafatlandırılıb.
 
4-13-cü yerləri tutanlar Marshal (MP4) playeri ilə mükafatlandırılacaq.
 
Qaliblər 05 may 2012-ci il tarixindən başlayaraq 6 ay müddətində mükafatlarını Haqq Yolu EMİ-nin ofisindən (Süməyyə prospekti, 188) götürə bilərlər.
 
* * *
 
Amma...
 
Təəssüf edirik ki, Azərbaycan Respublikasında Eurovision mahnı yarışmasının bütləşdirilməsi və bu yabançı tədbirə qarşı söz deyənlərin təqib olunması institutumuz üçün də problemlər yaratdı. Ədəbi müsabiqəni tam açıq, ad və ünvanları göstərməklə keçirməyi nəzərdə tutsaq da müəlliflərin xahişi əsasında bu qərarımızı dəyişməli olduq. Rejimin təqiblərindən ehtiyatlanan müəlliflər haqlı olaraq xahiş edirlər ki, təkcə adlar qısa şəkildə səhifəyə çıxarılsın. Biz razılaşmağa məcburuq – yalnız müsabiqəyə qatılanlara problem yaratmamaq üçün!
 
Müsabiqəyə qatılan bütün həmvətənlərimizə təşəkkür edirik. Əsas məsələ qalib olmaq yox, ələ qələm almaqdır. Allah yardımçınız olsun!
 
Qaliblərdən xahiş edirik ki, redaksiyanın ünvanına müraciət edib mükafatları almaq üçün münasib saydıqları yolu göstərsinlər. Pul mükafatları və hədiyyələr institutumuzun ofisində yolunuzu gözləyir. Əgər müqəddəs Qum şəhərinə ziyarətə gəlsəniz hədiyyəni almaq daha rahat və problemsiz olar. Nəzərdə alın ki, bu günə qədər poçtla göndərdiyimiz uduşların ünvana çatdırılmasında Azərbaycan Respublikası tərəfindən problem yaradılıb.
 
 
 
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu