Tarix : 2012 May 04
Kod 30121

Ermənistan kəndləri boşalır

Azərbaycan Respublikası mediaları bu ölkə ilə Ermənistanın təmas xətti yaxınlığında bir neçə erməni kəndinin boşaldılmasından xəbər verirlər
/Aran agentliyi

Azərbaycan Respublikası mediaları bu ölkə ilə Ermənistanın təmas xətti yaxınlığında bir neçə erməni kəndinin boşaldılmasından xəbər verirlər.

Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən erməni kəndləri boşalmağa başlayıb, sakinlər evlərini tərk edirlər. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, son bir həftə ərzində Tauş vilayətinin Dovex kəndini 4, Ayqepar kəndini 2, Berkaber kəndini isə 4 ailə tərk edib.

Erməni ailələrinin evlərini tərk etmələrinin son vaxtlar cəbhənin bu istiqamətində gedən intensiv döyüşlərlə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, aprelin 20-dən etibarən Ermənistan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax və Tovuz rayonları istiqamətində aktivləşməsi müşahidə olunub. Ötən həftə ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin qeyd olunan istiqamətində qarşı tərəfin 10-a yaxın təxribat cəhdinin qarşısı alınıb. Ermənistan Ordusu xeyli canlı qüvvə və hərbi texnika itirib.

Azərbaycan Respublikası KİV-ləri bunun səbəbini Ermənistanın Avrovizion qabağı layihələri həyata keçirmək istəyi olduğu kimi dəyərləndirirlər.

Son günlər təmas xəttində atəşkəs pozulduğuna rəğmən isə respublika mediası mahnı müsabiqəsinə görə heç bir məlumatı yayımlanmır.

  • Yazılıb
  • da (də) 2012 May 04