Tarix : 2012 May 04
Kod 30124

HaqqYolu-na məktub: Hacı Ramini qətlə yetirdilər!

2012-ci il, yanvarın 27-dən 28-ə keçən gecə Azərbaycan boyu, xüsusilə Bakı və Lənkəranda xeyriyyəçi-dindar kimi tanınmış Hacı Ramin Şirməmmədov...
/Aran agentliyi

2012-ci il, yanvarın 27-dən 28-ə keçən gecə Azərbaycan boyu, xüsusilə Bakı və Lənkəranda xeyriyyəçi-dindar kimi tanınmış Hacı Ramin Şirməmmədov...

2012-ci il, yanvarın 27-dən 28-ə keçən gecə Azərbaycan boyu, xüsusilə Bakı və Lənkəranda xeyriyyəçi-dindar kimi tanınmış Hacı Ramin Şirməmmədov paytaxtdakı mənzilində “dəm qazından boğulub dünyasını dəyişdi”... Doğrudanmı Hacı Ramin bədbəxt hadisənin qurbanı oldu? Yoxsa bu gənc fəal terror edildi? Hacı Ramin dünyasını dəyişən gündən bu sual onun yaxınlarını, dostlarını, bütün tanıyanları rahat buraxmır. Amma nədənsə MTN, DİN çox rahatdır. Məhz bu iki qurum Hacı Raminin müəmmalı ölümünün araşdırılmasına, hətta tibbi ekspertiza aparılmasına mane olub.

Hacı Raminin nəşi soyumayıbmış! Ötən gün redaksiyamıza onun yaxınlarından biri tərəfindən yazılmış məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik.

 

“Salam, HaqqYolu.

Mən rəhmətlik Hacı Ramin Şirməmmədovun yaxın adamlarındanam. Yalnız indi sizə məktub yazmaq üçün fürsət tapmışam.

Hacı Ramin Bakıdakı dini yönlü “Məsumə” dükanına, dükanda satılan dini kitablara görə təqib olunurdu. MTN onu divara dirəmişdi. Hacını incidir, dini ədəbiyyat yayımına son qoymasını tələb edirdilər. Amma Hacının bütün işləri qanuni idi. Kitabın seçimi, tərcüməsi, çapı əlaqədar orqanlarla razılaşdırılırdı. MTN əməkdaşları isə 2012-ci ilin əvvəlindən dözülməz həddə çatmış çağırışlarında Ramini, ona dini kitabların yayımı üçün razılıq verən təşkilat rəhbərlərini təhqir edirdilər. Hacıya əməkdaşlıq təklif edir, onu öz adamları sırasına qatmaq istəyirdilər. Amma Hacı bütün bu iyrənc təklifləri qətiyyətlə rədd edirdi.

Nəhayət, Hacını ölümlə hədələdilər. Düzü buna inanmırdıq. Düşünürdük ki, onu da şərləyib həbs edəcəklər. Amma Hacı Ramin müəmmalı şəkildə dünyasını dəyişdi. Məşum bir gecədə Hacı Ramin Şirməmmədov Bakıdakı mənzilində sübh namazından sonra guya dəm qazından boğuldu. İnanın ki, bu şərəfsiz bir yalandır. Ramin ölümündən qabaq yaxınlarına demişdi ki, onu qapısana qədər izləyirlər. Hadisədən sonra da əl çəkmədilər. “Ölünü yardırmaq günahdır” deyib tibbi ekspertizaya imkan vermədilər. Mən Hacı Raminin ən yaxın adamlarından biri kimi deyirəm: Hacını qətlə yetirdilər. Buna əmin olan adamlar MTN-nin qorxusundan səsini çıxara bilmir. Amma xalqımız bilməlidir ki, xeyriyyəçi, pak bir insan məhz bu rejim tərəfindən terror edilib. Bu həqiqəti bütün Azərbaycana yayın, xahiş edirəm!”

 

* * *

Azərbaycan xalqı sadə xalqdır, hər deyilənə inanır. Xüsusilə bir söz radio-televiziyadan yayılsa, nəşr olunsa ona inam artır. Cinayət filmlərində baş verənləri isə “kino” sayır, bu hadisələrin həyatda baş verəcəyinə şübhə ilə yanaşır.

İkinci ildir ki, Azərbaycan Respublikasında fəal ruhani və islamçıların repressiyası, özü də çirkin repressiyası davam edir. Əgər sovet rejimi bəşər tarixinin ən çirkin rejimi idisə, həmin rejim dindarları silah və narkotika ilə şərləmirdi. Bu rejimin sovet rejimindən də qəddar olduğu göz qarşısındadır. MTN-də 90-cı illərdə Hacı Kəblağa, ötən il naxçıvanlı gənc qətlə yetirildi. Bu qətllər MTN-nin binasında baş verən qətllərdir. Mərhum Elmar Hüseynovdan başlamış bu günədək baş verən terror hadisələrində də birbaşa hakimiyyət şübhəli sayılır.

Bu gün MOSSAD-la açıq-aşkar həmkarlıq edən MTN dövlət səviyyəsində terroru da MOSSAD-dan öyrənməmiş deyil. MOSSAD tanınmış ictimai xadimlərin terrorunda dünya şöhrəti qazanıb. Bu gün həmin təcrübə MTN-lə bölüşdürülür. MTN-də çalışan, təbiətində, xislətində mərhəmət olan azərbaycanlı övladları yəhudiləşdirilir, sionistləşdirilir, qatil kimi tərbiyə olunur. Onlara təlqin olunur ki, dindarlar bu xalqın bir nömrəli düşmənidir. MTN, DİN-də çalışan vicdanlı və ağıllı insanlar yaxşı bilir ki, hər bir dindar potensial şəhid Mübariz İbrahimovdur. Amma...

Biz Qiyamət Gününə inanırıq, bütün pərdələrin yırtılacağı Qiyamət Gününə! İndi mərhum Hacı Ramin qardaşımız Cənnətdə şəhidlərlə bir süfrədə oturub, Allahın lütfündən feyz alır. Yazıq isə biz qalanlarıq – susan dindarlar və əli qana batmış MTN-çilər!

HaqqYolu

 

 

  • Yazılıb
  • da (də) 2012 May 04