Beynəlxalq Amnistiya Təşkilatı özünün son hesabatında Azərbaycan Respublikasında Beynəlxalq Səhər Kanalının həbsdə olan müxbiri Anar Bayramlıya qarşı ittihamların əsassız olduğunu bildirərək...
/Aran agentliyi
Beynəlxalq Amnistiya Təşkilatı özünün son hesabatında Azərbaycan Respublikasında Beynəlxalq Səhər Kanalının həbsdə olan müxbiri Anar Bayramlıya qarşı ittihamların əsassız olduğunu bildirərək, onun tez bir zamanda sərbəst buraxılmasını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında bildirilib ki, Anar Bayramlıya qarşı əsassız və saxta ittihamlar siyasi qərəzlərlə irəli sürülüb, buna görə də bu müxbir siyasi məhbus hesab edilir.
Beynəlxalq Amnistiya Təşkilatı Bakıda İran Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlı habelə İslam Azəri Saytının baş redaktoru Ramin Bayramovun sifarişli həbsinə toxunaraq, bildiribdir ki, Azərbaycan Respublikasının laik hökuməti dini məsələlər xüsusiyyət təşkil etməklə azad informasiya çatdırmanın qarşısını almaq üçün bu müxbir və jurnalistləri saxta və əsassız ittihamlarla həbs edibdir.
BAT-ın hesabatında həmçinin hal hazırda Azərbaycan Respublikasında 18 vicdan məhbusunun olduğuna işar edilərək, belə bildirilib: ”Azərbaycan Respublikası Avroviziya Müsabiqəsinin keçirilməsi üçün qeyri-qanuni metodlarla müxaliflər və narazıların səsini kəsir”.
Beynəlxalq Amnistiya Təşkilatı Azərbaycan Respublikasında müxbirlərin təhdid və həbs edilib, döyüldüklərini bildirərək, vurğulayıb ki, son iki ayda Azərbaycan Respublikasında media mənsubları və insan haqları müdafiəçilərinə təzyiqlər artıbdır və hökumət neft gəlirlərindən yalnız görüntü xarakterli məsələlər üçün istifadə edir.
BAT həmçinin Avropa Yayım Birliyindən Bakıda müxbirlər və jurnalistlərin repressiyasına diqqətsizlik etməsinə habelə Rəsmi Bakı ilə Avroviziyanın yayımı üçün əməkdaşlıq etməsinə görə Avropa Yayım Birliyini tənqid edib.
Azərbaycan Respublikasında islamçı fəalların həbs edilməsi və müstəqil və tənqidçi jurnalistlərə qarşı təzyiqlərin üçüncü dalğası ilə eyni zamanda bu ölkənin təhlükəsizlik qüvvələri ötən fevral ayının 16-da İran Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlı və onun sürücüsü Ramil Dadaşovu gecə vaxtı evlərində həbs ediblər və onların qohum-əqrəbalarının bildirdiyinə görə polis mərkəzində onların cibinə narkotik maddələr qoyublar.
Bu hərəkətin ardınca İranın Bakıdakı səfirliyi kəskin ritorikalı bəyanat yayaraq, ittihamların puç olduğunu habelə İRİB-nin iki yerli işçisinin dərhal azad edilməsini və bu hərəkət amillərinin cəzalandırılmalarını tələb etdi. İranın Bakıdakı səfirliyi bu mövzunun media sahəsi xüsusiyyət təşkil etməklə münasibətlərə mənfi təsir göstərəcəyi haqda da xəbərdarlıq etdi.
İranın Mədəniyyət və İslami İrşad Naziri, İranın Xarici İşlər Nazirinin konsulluq işləri üzrə müavini , İranın İslam Şurası Məclisinin millət vəkillərinin bir qrupu, o cümlədən Lalə İftixari və Fatimə Aliya Azərbaycan Respublikasının bu hərəkətini pisləyərək, həbs edilən şəxslərin sərbəst buraxılmasını istədilər.
Bundan öncədə Azərbaycan Respublikasının partiyalar və qurumlarının sədrlərindən onlarla nəfər, o cümlədən Vəhdət, Yaşıllar , İslam, Birlik, Ziyalılar Hərəkatı, Sol Demokratik Partiyası sədrləri , Sülh və Demokratiya Müəssisəsinin direktoru, Qarabağ Azadlıq Təşkilatının sədri, İşgəncə ilə Mübarizə Komitəsinin sədri, Helsinki Vətəndaş Cəmiyyətinin nümayəndəsi, İnsan Hüquqları Uğrunda İctimai Birliyin sədri, Ramil Dadaşov və Anar Bayramlının həbsinin sifarişli olduğunu bildirib, onların azad edilməsini istədilər.
Reportyorların Təhlükəsizliyi və Azadlığı Təşkilatı, Bakıda yerləşən Mətbuatın Hüquqlarını Müdafiə müəssisəsi , Sərhədsiz Reportyorlar Təşkilatı və Nyu-Yorkda yerləşən Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi də ayrı-ayrı bəyanatlar yayaraq, qeyd edilən şəxslərə qarşı ittihamların puç olduğunu bildirərək, bu şəxslərin dərhal sərbəst buraxılmalarını istədilər.