Avropa Yayımları Birliyi Ermənistan İctimai Televiziyasının boynuna Avropanın mahnı yarışının Bakıdakı finalı birbaşa efirdə göstərmək öhdəliyi də qoyub
/Aran agentliyi
Avropa Yayımları Birliyi Bakıda keçiriləcək “Avroviziya 2012” musiqi yarışmasından imtina edən Ermənistandan istəyib ki, yarışmaya üzvlük haqqını tam həcmdə ödəməli və həmin məbləğin yarısı qədər cərimə versin.
Avropa Yayımları Birliyi Ermənistan İctimai Televiziyasının boynuna Avropanın mahnı yarışının Bakıdakı finalı birbaşa efirdə göstərmək öhdəliyi də qoyub. Bunlar olmasa, Ermənistan 2013-cü ildəki mahnı yarışmasından kənarlaşdırılacaq.
Ermənistan “Avroviziya 2012” mahnı yarışmasında iştirakdan martın 7-də rəsmən imtina edib.
Ermənistan bundan istifadə edib Avropanın təbliqat məkanında Azərbaycan Respublikasının DQ siyasətini sual altına alıb ki, bunun nəticəsində Almaniyada Azərbaycan Respublikası hökumətinə qarşı sərt ittihamlar irəli sürülüb. Bu bir haldadır ki, Almaniya “Avroviziya 2012” mahnı yarışına tikilən zalın kontraktından milyardlala dollar pul qaz.
“Avroviziya 2012” mahnı müsabiqəsi mayın 22-dən 26-dək Bakı Kristal Zalında keçiriləcək. Bu ərəfədə Bakıda qey-paradın da keçirilməsi nəzərdə tutulub ki, Azərbaycan Respublikası xalqının ciddi etirazı ilə üzləşib.