Tarix : 2012 May 05
Kod 30143

Ermənistan Avropanın Bakıda keçiriləcək mahnı yarışını boykot etdiyinə görə Avropa Yayımlar...

Avropa Yayımları Birliyi Ermənistan İctimai Televiziyasının boynuna Avropanın mahnı yarışının Bakıdakı finalı birbaşa efirdə göstərmək öhdəliyi də qoyub
/Aran agentliyi

 

Avropa Yayımları Birliyi Bakıda keçiriləcək “Avroviziya 2012” musiqi yarışmasından imtina edən Ermənistandan istəyib ki, yarışmaya üzvlük haqqını tam həcmdə ödəməli və həmin məbləğin yarısı qədər cərimə versin.

Avropa Yayımları Birliyi Ermənistan İctimai Televiziyasının boynuna Avropanın mahnı yarışının Bakıdakı finalı birbaşa efirdə göstərmək öhdəliyi də qoyub. Bunlar olmasa, Ermənistan 2013-cü ildəki mahnı yarışmasından kənarlaşdırılacaq.

Ermənistan “Avroviziya 2012” mahnı yarışmasında iştirakdan martın 7-də rəsmən imtina edib.

Ermənistan  bundan istifadə edib Avropanın  təbliqat məkanında  Azərbaycan Respublikasının  DQ siyasətini  sual altına  alıb ki, bunun nəticəsində Almaniyada  Azərbaycan Respublikası  hökumətinə qarşı  sərt  ittihamlar  irəli sürülüb. Bu bir haldadır ki, Almaniya  “Avroviziya 2012” mahnı yarışına  tikilən  zalın  kontraktından  milyardlala  dollar  pul  qaz.

Avroviziya 2012” mahnı müsabiqəsi mayın 22-dən 26-dək Bakı Kristal Zalında keçiriləcək. Bu ərəfədə  Bakıda  qey-paradın da  keçirilməsi nəzərdə  tutulub ki,  Azərbaycan Respublikası  xalqının  ciddi  etirazı ilə  üzləşib.

  • Yazılıb
  • da (də) 2012 May 05