Tarix : 2012 May 05
Kod 30146

Azərbaycan Respublikasının bəzi KİV-nin İrana qarşı qərəzli məlumatlar yayması ilə bağlı BƏYANAT

Allahın adı ilə!
/Aran agentliyi

Allahın adı ilə!

Son aylarda Azərbaycan Respublikasının bəzi KİV-ləri İran İslam Respublikası barədə tamamilə təhrif olunmuş məlumatlar yaymaqla, Azərbaycan Respublikası və İran İslam Respublikası dövlətləri və xalqları arasında kin və düşmənçilik yaratmağa çalımaqla yanaşı, həm də öz xalqının ictimai rəyinə xəyanət edir və Azərbaycan Respublikasının xarici siyasəti üçün çətinlik yaradırlar.

Bu üzdən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəliyi faktiki olaraq iki ölkə arasındakı münasibətləri istəməyənlərə bağlı olan və bəzi xarici ölkələrin mənafelərinə xidmət edən belə KİV-lərin bədxah niyyətlərini açıb-göstərmək məqsədilə aşağıdakı məsələləri möhtərəm Azərbaycan Respublikası xalqının diqqətinə çatdırır:

 

  1.İran İslam Respublikası regionda sülhü və sabitliyi dəstəkləyir və regionda mövcud olan münaqişələrin aradan qaldırılması üçün maksimum səy göstərir.

İran İslam Respublikası dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına zəmanət verən, münaqişənin dinc yolla həllinin dəstəklənməsinə, regionda sülhün və sabitliyin qorunub saxlanmasına və Qarabağ münaqişəsi ilə əlaqədar ədalətin və region ölkələrinin mənafelərinin qorunmasına yönəlmiş baxışlarını beynəlxalq ictimaiyyətin, siyasətçilərin və Azərbaycan Respublikası xalqının diqqətinə çatdırmışdır.

 

1.Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk qrupunun bu münaqişənin sülh yollu ilə başa çatdırılmasında bacarıqsızlığı və uğursuzluğu isbat olunmuşdur. Bu uğursuzluq daha çox Minsk qrupunun uzvü olan ölkələrin və münaqişə tərəflərinin münaqişənin davam etməsində maraqlı olmaları və onların bu regional bəladan xeyir güdmələri ilə bağlıdır. Başqa ölkələri, özü də münaqişəyə ciddi təsir göstərməyən məsələləri bəhanə gətirməklə günahlandırmaqdan məqsəd yalnız və yalnız ictimai rəyi azdırmaqdan və problemləri başqa ölkələrin boynuna atmaqdan ibarətdir.

 

2.İran İslam Respublikası özünün bütün qonşuları ilə sülh və təmkinlə rəftar etmiş və belə hesab etmişdir ki, onların inkişaf  və sabitliyi özünün milli maraqlarına və regionun maraqlarına  cavab verir. Aydındır ki, İran İslam Respublikası özünün xarici siyasətində reallığa, kollektiv maraqlara, sülhün və regional sabitliyin qorunub saxlanmasına əsasən hərəkət edir. Əslində sülhün qorunub saxlanması və münaqişənin genişllənməsinin qarşısının alınması istəyi bu siyasətin *** -ə səbəb olmuşdur. Daha çox regional böhranların yaranmasına isə regiondan kənar ölkələrin işğalı və müdaxiləsi səbəb olmuşdur ki, qarabağ məsələsi bunların ən üzdə olanıdır.

 

3.İran İslam Respublikası müxtəlif yollarla Azərbaycan Respublikası ilə ticarəti inkişaf  etdirməyə səy göstərmiş, lakin Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa meyl göstərməmişdir. Bəzi hüquqi və gömrük problemlərinin ortaya çıxması, tərəflər arasında mal dövriyyəsinin və sazişlərin qanuni cəhətdən dəstəklənməməsi və Azərbaycan Respublikasının Azərbaycan və İran prezidentlərinin istəyinə və fərmanlarına zidd olaraq yeni iqtisadi sazişlər bağlanmasını və formal maneələrin aradan qaldırılmasını istəməməsi - bütün bunlar faktiki olaraq iki ölkə arasında ticarətin inkişafınıa mənfi təsir göstərmişdir. Lakin buna baxmayaraq, İran İslam Respublikasıın Azərbaycan Respublikası ilə ticarət dövriyyəsinin həcmi elə bu günlərdə də Ermənistanla olduğundan xeyli artıqdır.

Bəlkə də Azərbaycan KİV-ləri üçün maraqlı olar deyə diqqətə çatdırmaq istəyirəm ki, Ermənistanla sərhədlərinin bağlı olduğunu iddia edən bəzi qonşu ölkələrlə bu ölkə ilə ticarət dövriyyəsi İranla Ermənistan arasında olduğundan daha çoxdur. Azərbaycan Respublikasının şərəfli xalqı bilməlidir ki, iki ölkə arasında iqtisadi əlaqələrin azalmasına İranın buna meyl göstərməməsi deyil, yuxarıda sadalanan amillər səbəb olmuşdur.

 

1.Qarabağ məsələsi ilə əlaqədar bir çox mövzular və məsələlər vardır ki, yaxşı olardı ki,  Azərbaycan Respublikasının şərəfli xalqı bu barədə məlumata malik olsun. Lakin bəlkə də bu məsələlər və məlumatların bəzilərinin açıqlanmasının zamanı hələ gəlib çatmamışdır. Daha yaxşı olardı ki, Azərbaycan Respublikasının KİV-ləri və vətənpərvər politoloqları bu mövzuya daha çox diqqət yetirsinlər. Xatırlatmağı lazım bilirik ki, işğalın genişləndirilməsi və davam etməsinin İran İslam Respublikasının xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur, əksinə, başqa iki amillə əlaqədardır. Əvvəla, rayonların işğaldan azad olunması üçün lazım olan təchizat və canlı qüvvənin miqdarı və gücü, ikincisi, bəzi region ölkələrinin, habelə regiondakı və regiondan kənar qərb ölkələrinin birbaşa müdaxiləsi bu münaqişənin davam etməsində rolu vardır.

Eləcə də Şuşanın və Laçının işğalının İranın vasitəçilik missiyası ilə heç bir əlaqəsi olmamışdır. Aydın idi ki, regiondakı bəzi qüvvələr münaqişə tərəflərinin təhriki ilə İranın sülh yaratma missiyasını uğursuzluğa düçar etməyə çalışırdılar.yaxşı olardı ki, Azərbaycan KİV-ləri bu cür tarixi məsələlərin haradan qaynaqlandığını araşdırsınlar və bu barədə Azərbaycan Respublikasının ayıq və şərəfli xalqına məlumat versinlər.

 

1.Xatırladırıq ki, İranda insan hüquqlarının pozulması ittihamları Qərbin və sionist qüvvələrin çirkin təbliğatıdır və təssüflər olsun ki, bəzi Azərbaycan KİV-ləri də bunun tələsinə düşmüşlər. Müttəhimlər qanuna əsasən cəzalandırılırlar, cinayətkarlar, narkotik vasitələr qaçaqmalçıları və silahlı üsyançılar isə edama məhkum olunurlar. Görünür, müxtəlif ölkələrdə insan hüquqlarının vəziyyəti kimi mühüm bir  məsələdə dərindən və insafla araşdırmaya ehtiyac vardır. Necə deyərlər, pərdələr açılanda hərəkətində əyrilik olanlar üzüqara olacaqlar.

 

2.İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün vizanın birtərəfli qaydada  ləğvi iki ölkə və iki xalqın eyn yolda addımlamasının və onların arasındakı məhəbbətin kulminasiya nöqtəsini nümayiş etdirməklə yanaşı, əziz Azərbaycan Respublikası xalqının İran İslam Respublikasındakı reallıqlar barədə birbaşa informasiya alması üçün də imkan yaratmışdır. Odur ki, İran əleyhinə yalanlar heç zaman İran həqiqətlərinə və iki xalqın həmrəylik və  məqəsd birliyinə xələ gətirə bilməz.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəliyi qərəzli və asılı KİV-lər tərəfindən yol verilmiş təhrifləri hüquqi və məhkəmə yolu ilə araşdırmaq hüququnu özündə saxlayır və Azərbaycan KİV-lərinin insafla, ədalətlə və sionist işğalçıların və qərb KİV-lərinin hədyanlarının təkrarından çəkinməklə iki ölkə arasında mehriban münasibətlər yolunda və xalqa və dövlətə xidmət istiqamətində fəaliyyət göstərmələrini istəyir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat xidməti

  • Yazılıb
  • da (də) 2012 May 05