Tarix : 2012 May 05
Kod 30147

Saakaşvili Tbilisini Qafqazın paytaxtı elan etdi

«Tbilisi Azərbaycan və Ermənistan üçün də əhəmiyyətlidir. Bu ölkələrin müstəqillikləri Tbilisidə elan edilib»
/Aran agentliyi

 

«Tbilisi Azərbaycan və Ermənistan üçün də əhəmiyyətlidir. Bu ölkələrin müstəqillikləri Tbilisidə elan edilib»

Kutaisi şəhərinin sakinləri ilə görüşən Gürcüstan prezidenti Mixail Saakaşvili maraqlı bəyanat səsləndirib. Saakaşvili paytaxt Tbilisinin yalnız Gürcüstanın deyil, bütün Qafqazın paytaxtı olduğunu bildirib: “Tarixi və mədəni baxımdan Tbilisi həm Azərbaycan, həm də Ermənistan üçün əhəmiyyətli bir mərkəzdir. Bu ölkələrin müstəqilliyi Tbilisidə elan olunub”.

Saakaşvili 1918-ci ildə hadisələrinə istinad edərək Çar Rusiyasında yaşanan 1917-ci il inqilabından sonra Gürcüstanla bərabər Azərbaycan və Ermənistanın may ayında Tbilisidə müstəqilliklərini elan etdiyini söyləyib. O, Tbilisinin inquş, çeçen, Şimali Osetiya osetinləri və digər Qafqaz xalqları üçün də əhəmiyyətli inzibati, mədəni, iqtisadi və tarixi mərkəzi mövqeyində qaldığını vurğulayıb.

 

  • Yazılıb
  • da (də) 2012 May 05