İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı zamanı BMT-nin binası qarşısında bir neçə erməni etiraz aksiyası keçirib.
/Aran agentliyi
İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı zamanı BMT-nin binası qarşısında bir neçə erməni etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, onlar Azərbaycan tərəfindən hüquqlarının pozulduğunu, rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında üzvlükdən ermənilərə qarşı istifadə etdiyini bəyan ediblər.
Eyni vaxtda BMT-nin binası qarşısında Azərbaycan və türk diasporunun nümayəndələri də aksiya keçiriblər. BMT binasının mühafizəçiləri və Nyu-York polisi aksiyanı dağıdıb. Bundan sonra diaspor nümayəndələrimiz aksiyanı əvvəlcədən icazə alınmış yerdə - “Dag Hammarjskold Park”da davam etdirib.
musavat.com