Tarix : 2012 May 06
Kod 30169

Bakı dövlətinin dindarlarla qarşılaşması yeni mərhələyə daxil oldu: MTN dindarları aradan götürür

Azərbaycanlı dindar və dini kitabların satışı ilə məşğul olan Hacı Ramin Şirməmmədov keçən axşam müəmmalı şəkildə Bakı təhlükəsizlik qüvvələri tərəfindən şəhid edildi
/Aran agentliyi

 

Azərbaycanlı dindar və dini kitabların satışı ilə məşğul olan Hacı Ramin Şirməmmədov keçən axşam müəmmalı şəkildə Bakı təhlükəsizlik qüvvələri tərəfindən şəhid edildi.

AranNews - Azərbaycanlı dindar və dini kitabların satışı ilə məşğul olan Hacı Ramin Şirməmmədov keçən axşam müəmmalı şəkildə Bakı təhlükəsizlik qüvvələri tərəfindən şəhid edildi.

Mənbəmizin Azərbaycanın islamçı mətbuatına istindala verdiyi məlumatına əsasən, Hacı Ramin Şirməmmədovun meyiti onun paytaxtdakı mənzilində  tapılıb və polis onun ölümünü “dəm qazından boğulması” adlandırıb.

Bu məlumata əsasən, AR DİN və MTN Hacı Ramin Şirməmmədovun müəmmalı ölümünün araşdırılması üçün tibbi ekspertiza aparılmasına mane olub. Qeyd edək ki, Hacı Ramin islami fəaliyyətlərinə və dini kitablar satdığına görə bir neçə dəfə MTN tərəfindən ölümlə hədələnmişdi.

Hacı Raminin müəmmalı ölümü onun yaxınlarında və azərbaycanlı dindarlarda bu gümanı gücləndirir ki, Azərbaycanın təhlükəsizlik orqanları dindarları aradan qaldırmaq üçün Mossad casusluq orqanlarının öz müxaliflərini aradan qaldırmaq üçün dünya səviyyəsində məşhur olan terror üslubundan istifadə edirlər və Azərbaycanın dindar xalqı bundan sonra AR MTN tərəfindən müxtəlif vasitələrlə həyata keçirilmiş müəmmalı ölümlərlə dindarların bir-birinin ardınca aradan götürülməsinin şahidi olacaqlar.

Bu məlumata əsasən, Hacı Ramin Şirməmmədovun şəhadəti ilə Bakı dövlətinin dindarlarla qarşılaşması yeni mərhələyə daxil olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 May 06