Tarix : 2012 May 07
Kod 30170

Homoseksuallar Bakıda gey paradın keçiriləcəyini bildirirlər

Azərbaycan Respublikası hökumətinin Bakıda Avroviziya mahnı müsabiqəsi ilə yanaşı gey paradın keçirilməsi ilə razı olmaması ilə əlaqədar Bakı ...
/Aran agentliyi

Azərbaycan Respublikası hökumətinin Bakıda Avroviziya mahnı müsabiqəsi ilə yanaşı gey paradın keçirilməsi ilə razı olmaması ilə əlaqədar Bakı rəsmilərinin iddiasına baxmayaraq, homoseksualların internet portalında qeyd olunan məqalələr Bakıda bu rüsvayçı parada ciddi hazırlığın getdiyini göstərir.

Nighttours saytında qeyd olunub ki, Bakıda gey parad Avroviziya-2012 mahnı müsabiqəsi ilə yanaşı may ayında keçiriləcək.

Bu saytda habelə Avroviziya mahnı və rəqs müsabiqəsinin keçirildiyi zaman Bakıya səfərdə homoseksualların istifadə edəcəkləri Bakı otelləri və barlarının adı və ünvanı dərc olunub.

Həmçinin ABŞ-da yerləşən Homoseksualların Beynəlxalq Federasiyasının hazırlığı ilə gey parad keçirilən şəhərlərin adları qeyd olunan cədvəl verilib. Bu cədvələ əsasən homoseksuallar Türkiyənin İstanbul şəhərində 17-24 avqustda parad keçirəcəklər.

Homoseksualların Nighttours adlı saytında dərc olunan məlumatlardan bəlli olur ki, bu rəzalətin genişlənməsinin kökü Amerikadadır və homoseksuallığın digər ölkələrə yayılması üçün bütün addımlar Amerikadan istiqamətləndirilir və siyasət yürüdülür.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 May 07