İslam İnqilabının Böyük Rəhbərinin Təbriz Universitetindəki nümayəndəliyinin sabiq məsul şəxsi höccətülislam Müctəba Nəzəri Bakıda Qey-Paradın ...
/Aran agentliyi
İslam İnqilabının Böyük Rəhbərinin Təbriz Universitetindəki nümayəndəliyinin sabiq məsul şəxsi höccətülislam Müctəba Nəzəri Bakıda Qey-Paradın tədarük edilməsi kimi anti-mədəni hərəkətləri kəskin şəkildə tənqid edərək, deyib: " Çox təəssüfləndirici haldır ki, bir müsəlman ölkəsində küçələrdə əzadarlıq etmək yasaqdır, amma Avroviziya və Qey-Paradın keçirilməsinə heç bir maneə yoxdur".
Höcətülislam Nəzəri Təbrizin Abbasi məntəqəsində Həzrət Seyyidüşşühəda(əs.) Məscidində "Azərbaycan Respublikasında Avroviziya və Qey-Paradın Analitik Araşdırılması" üzrə "Şəriət Məhbusları" haqdakı silsilə iclaslarda çıxışı zamanı deyib:" Azərbaycan Respublikasının simasından islami mentalitet silinibdir. Özü də elə bir ölkədə ki, əhalisinin 90 faizindən çoxu müsəlmandır. Təəssüfləndirici haldır ki, Azərbaycan Respublikasında yüzə yaxın şəxs dini etiqadlarına görə həbsdədir".
AranNyus-un verdiyi məlumata görə dini elmlər mədrəsəsi və universitet müəllimi olan höccətülislam Müctəba Nəzəri sonra deyib:" Nə üçün Azərbaycan Respublikası hökuməti sionist İsrail rejimindən 1.6 milyard dollar silah satın alır, Avroviziyaya görə evləri sökür, nə üçün Azərbaycan Respublikasında dini kitabları, dini və məzhəbi simvolları , böyük təqlid mərcələrinin risalələrinə qadağa qoyubdur. Şiə ölkəsi olan Azərbaycan Respublikasında qadınlara hicablı şəkil çəkməyi belə qadağan ediblər".
Höccətülislam Nəzəri sonra deyib:" Səhər Beynəlxalq Telekanalının Bakıdakı yerli müxbirini həqiqətləri işıqlandırdığına görə həbs ediblər. Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də gülünc bir hərəkətdə cümə gününün iş günü olduğuna görə Cümə Namazının şənbə günləri qılınmasını istəyib!!"
Höccətülislam Nəzəri sonra deyib:" Hazırda Azərbaycan Respublikasında dini elmlər mədrəsələri bağlanıb, amma sinaqoqlar və yəhudi mədrəsələri heç bir məhdudiyyət olmadan öz fəaliyyətini rəsmi Bakının himayəsi ilə davam etdirir".
Dini elmlər hövzəsi və universitet müəllimi sonra deyib: "Azərbaycan Respublikası dövləti Avropaya inteqrasiya məqsədilə homoseksualizmi Cinayət Məcəlləsindən çıxartdı ki, Avropa Şurasına üzv ola, Avroviziya müsabiqəsi və Qey-Parad kimi hərəkətlərdə iştirak edə bilsin. Azərbaycan Respublikası həmçinin Avroviziya müsabiqəsinin təhlükəsizliyinin qorunmasını da sionist İsrail rejiminə tapşırıb".
İslam İnqilabının Böyük Rəhbərinin Təbriz Universitetindəki nümayəndəliyinin keçmiş məsul şəxsi sonra deyib:" Bakı Dövlətinin anti-dini hərəkətləri Azərbaycan Respublikası müsəlmanlarının oyanışına səbəb olacaq və biz inşallah Azərbaycan Respublikasında İslami Oyanışın şahidi olacağıq".