İctimai Palatanın BŞİH binası önünə təyin etdiyi piket başlayıb. Piketin qarşşısını almaq üçün polisin səfərbər olunması aksiyaya mane ola bilməyib
/Aran agentliyi
İctimai Palatanın BŞİH binası önünə təyin etdiyi piket başlayıb. Piketin qarşşısını almaq üçün polisin səfərbər olunması aksiyaya mane ola bilməyib. Aksiya iştirakçıları "Azadlııq" və "İstefa" şüarları ilə BŞİH-in binası qarşısına yürüş edib. Polislər aksiyaçıların bina qarşısında toplaşmasına imkan verməyib. Qarşıdurma yaranıb. Aksiyaya polislə yanaşı mülki geyimli şəxslər də mane olmağa çalışıblar. Aksiya iştirakçıları Fəvvarələr Meydanına doğru yürüş edib.
İlkin məlumatlara görə aksiyada 100-dən çox iştirakçı olub. Aksiyaçılar polislərin onları ərazidən zorla uzaqlaşdırmaq cəhdlərinə ciddi müqavimət göstəriblər. Polislər aksiyaçılardan bir neçəsinə, o cümlədən AXCP sədrinin müavini Gözəl Bayramlıya, partiya fəalları Kəmalə Bənənyarlı, Zərifə Məhəddinova və Təzəxan Mirələmliyə qarşı zorakılıq ediblər.
Aksiya iştirakçıları Sabir bağını qarşısına toplaşaraq təkrar şüarlar səsləndiriblər. Elə burada piketin qətnaməsi oxunub. Bununla da aksiya başa çatıb.
HaqqYolu