Tarix : 2012 May 07
Kod 30186

Vladimir Putin and içdi

O, ilk dəfə olaraq altı il müddətinə Rusiya prezidenti seçilib
/Aran agentliyi

 

Rusiyada martın 4-də keçirilən seçkidə qalib gəlmiş Vladimir Putin bu gündən prezident səlahiyyətlərinin rəsmən icrasına başlayıb. Kremldə keçirilən inauqurasiya mərasimində ölkə konstitusiyasına and içən Vladimir Putin artıq üçüncü dəfə Rusiyanın dövlət başçısı oldu. Ancaq ilk dəfə olaraq Rusiya prezidenti altı il müddətinə seçilib.

İnauqurasiya mərasimində 3 minədək qonaq iştirak edib. Qonaqlar arasında yerli rəsmilərlə yanaşı, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni də olub.

İndi Vladimir Putinin qarşısında duran ilk vəzifə hökumət başçısını təyin etməkdən ibarətdir.

Xeber7.com

  • Yazılıb
  • da (də) 2012 May 07