Tarix : 2012 May 07
Kod 30187

''Şuşa işğalının unudulması mənəvi aşınma siyasətinin nəticəsidir''

Az. R Ziyalılar Hərəkatının sədri Şuşanın işğalının unudulmuş səviyyədə yad olunmasını ölkədə gedən mənəvi aşınma siyasətinin nəticəsi olduğunu bildirib
/Aran agentliyi

Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev vurğulayıb: Şuşanın işğalının yaddan çıxması və ölkədə məmurların Eurovision mahnı müsabiqəsinə hazırlıq işləri ilə başlarının qarışması, nə qədər qəribə gəlsə də, ölkədə mənəviyyata barmaqarası baxmağın nəticəsidir.

Eldəniz Quliyev əlavə etdi: Ərazisi işğalda olan, minlərlə insanı didərginlik vəziyyətində yaşayan ölkədə xalqa biabırçılıq və başıaşağılıq gətirən Eurovision mahnı müsabiqəsinə başda oturanların  qızmış başları o qədər qarışıb ki, artıq heç nəyi görmürlər. Keçmişdə qulaqları eşitsəydi də ,indi qulaqları da eşitmir. Bu gün biz mənəviyyat böhranı içində yaşayırıq. Azərbaycan bu gün mənəviyyat aşınmasını görür, hiss edir, ürəyi ağrıyır . Mənin anam Şuşalıdır. Atam Laçındandır. May ayında Az. R-nın ən dilbər, qiymətli guşələrindən olan Şuşa və Laçın əldən gedib. Belə bir ağır ayda , may ayında Eurovision kimi mahnı müsabiqəsi gey- paradın Bakıda təşkil olunması nə qanuni, nə insani əndazəyə sığışmır. Bəlkə yer üzündə belə bir dövlət yoxdur ki, bu qədər öz torpağının işğalından ləzzət alsın. Ərazilərinin işğalının il dönümündə kef, eyş-işrətə başı qarışsın, Eurovision və gey-parad keçirsin.

Eldəniz Quliyev vurğulayıb: Bu yolun sonu cəhənnəmdir. Azərbaycanı cəhənnəmə sürükləyənlər bu sahədə ciddi iş aparırlar. Bir məmləkətin dinini əlindən alıb, onun yüz illər ərzində zəhməti ilə yığdığı mənəviyyatı məhv edirlər. Azərbaycan dövləti bu gün öz istəyi ilə yox, kənar qüvvələrin tərəfindən idarə olunur.Ziyalı hərəkatı olaraq bununla bağlı dəfələrlə müraciət etmişik və olduqca narahatlığımızı bildirmişik. Azərbaycan xalqına bununla bağlı müraciət etmək lazım deyil. Xalqın tam əksəriyyəti hazırkı vəziyyətdən narazıdır və fikirləşir ki, xalq bu aşınma prosesini görür və anlayır. Bu Azərbaycanın milli qürurunu sındırmaq cəhdidir. Xalq buna dözməyəcək.

  • Yazılıb
  • da (də) 2012 May 07