Dünyanın ən nüfuzlu jurnalı hakim ailənin xərclədiyi pullardan yazdı - “Satılan Azərbaycan”
/Aran agentliyi
“Eurovision” yarışması həssaslıqla qorunan imici məhv etdi”
ABŞ-da nəşr olunan, dünyanın ən nüfuzlu dərgilərindən olan həftəlik “Time” jurnalında Uilyam Li Adamsın Azərbaycanla bağlı geniş məqaləsi dərc olunub. “Satılan Azərbaycan” adlı məqalədəölkəmizin ictimai-siyasi həyatı, insan haqları vədemokratiyanın durumu, “Eurovision” musiqi yarışmasına hazırlığı vəs. məsələlərdən bəhs olunur. “Time” jurnalındakı məqalədəAzərbaycan hakimiyyətini ifşa edən məqamlar da öz əksini tapıb. Məqaləni qısa ixtisarla təqdim edirik:
“Ilham Əliyev ”Eurovision" qələbəsini hərbi zəfər kimi təqdim etdi"
Ötən ilin mayında Azərbaycanı təmsil edən Ell vəNiki cütlüyü “Eurovision” musiqi yarışmasının qalibi oldu. Dövlət başçısı Ilham Əliyev bu qələbəni “azərbaycanlıların vəAzərbaycan dövlətinin qələbəsi” adlandırmaqla, onu hərbi zəfər kimi təqdim etdi. Bakı bu il 100 milyondan çox avropalının izləyəcəyi yarışmaya ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycan yarışmanın yaxşı təşkili üçün cidd-cəhdləçalışır. Bunun üçün Ilham Əliyev təşkilat işlərinərəhbərliyi həyat yoldaşı Mehriban Əliyevaya tapşırdı. Qalib gəncləri hakim partiyaya məcburən üzv edən hökumət “Eurovision” hazırlığına külli miqdarda pul xərcləyir. Rəsmi rəqəmlər indiyəqədər 30 milyon dollar xərcləndiyini göstərir. Hökumət isəhazırlıq işlərinə64 milyon dollarlıq büdcəayırıb. Lakin bəzi mənbələr yarışmaya xərclənən məbləğin 277 milyon dollar olduğunu deyir.
Insan haqlarına hörmət qoymayan avtoritar idarəçilik...
“Eurovision” yarışması dünyanın diqqətini bu ölkədəki insan haqlarının bərbad durumundan yayındırmaq baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sovet Ittifaqının dağılmasıyla müstəqilliyini qazanmasından 20 il keçməsinəbaxmayaraq, çoxları Azərbaycanı dünya xəritəsindəçox çətinliklətapa bilər. Zəngin təbii ehtiyatlara sahib keçmiş sovet ölkəsi olan Azərbaycan iqtisadi cəhətdən varlı olmasına baxmayaraq, beynəlxalq tənqidçilər bildirir ki, burada insan haqlarına hörmət qoymayan avtoritar idarəçilik sistemi mövcuddur. Indiki prezidentin atası Heydər Əliyev 1969-cu ildən başlayaraq, kommunist Azərbaycanına rəhbərlik edib. O, 1993-cü ildəyenidən müstəqil ölkənin prezidenti postuna qayıdıb. 2003-cü ilin prezident seçkilərindəöz postunu kiçik Əliyevəgüzəştəgedib.
Yeni rəhbər prezidentliyəqoyulan məhdudiyyəti uzun mübahisələrdən sonra - 2009-cu il referendumuyla aradan qaldırdı. “The Human Rights House Foundation” 2010-cu ildəbu ölkədəkeçirilən seçkiləri “komediya” adlandırdı. Burada hakim elitanı tənqid edənlər repressiya iləüzləşirlər. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı dinc aksiyalar zamanı polisin etirazçıları döydüyünü, həbs etdiyini bildirir. Azərbaycan hakimiyyəti jurnalistlərəqarşı onlarla zorakılıq faktlarını, o cümlədən iki jurnalistin öldürülməsi hallarını qulaqardına vurur. Beynəlxalq vəyerli hüquq-müdafiətəşkilatlarının açıqlamalarına görə, Azərbaycanda 70-əyaxın insan siyasi motivlərləhələdəhəbsdədir. “Transparency International” korrupsiyanın səviyyəsinəgörə, Azərbaycanı 183 ölkəarasında 143-cü yerdəgöstərib.
Azərbaycan deyəndəyada düşən ilk sözlər “korrupsiya”, “repressiya” və...
Azərbaycan hökuməti isəbu ittihamları rədd edir. Hökumət ölkədədemokratiyanın inkişaf etdiyini vurğulayır. Azərbaycan deyəndəilk yada düşən “korrupsiya”, “repressiya” və“avtoritar idarəçilik” sözlərinin unudulması üçün Əliyev xeylipul xərcləyir. Rəsmi məlumatlarda Azərbaycanın ötən il xarici ölkələrdəhəyata keçirdiyi layihələrəvəlobbi fəaliyyətlərinə38 milyon dollardan çox vəsait xərclədiyi bildirilir. Pis imicinin yaxşı təqdim olunması üçün külli miqdarda pul xərcləyən ölkətəkcəAzərbaycan deyil. Insan haqlarını sərt şəkildəpozduğuna görəAvropa Birliyinin sanksiyaları iləüzləşən Belarus da Londondakı “Bell Pottinger” ictimai təşkilatına lobbi fəaliyyəti üçün pul ödəyib. Qazaxıstan isəABŞ Dövlət Departamentinin qanunsuz həbslərəgörənarahatlıq bildirməsindən sonra amerikalı rəsmilərdən, media qurumlarından vədigər şəxslərdən dəstək almaq üçün “BGR Gabara” lobbi şirkətinəayda 45 min dollar ödəyir.
Azərbaycan beynəlxalq “PR” şirkətləri iləəməkdaşlıqda xüsusi fəallıq göstərir. 2007-ci ilin sentyabrında “prezidentli Azərbaycan” ofisi Vaşinqtonda yerləşən siyasi-biznez mərkəzi “Cefferson Waterman International”la “professional xidmət” müqabilindəayda 25 min dollar ödənilməsini nəzərdətutan müqaviləimzalayıb. Həmin müqaviləbaşa çatsa da, “Cefferson Waterman International” Azərbaycan Beynəlxalq Bankı iləəməkdaşlığı davam etdirir. Bank xidmət müqabilindəhəmin şirkətəeləəvvəlki məbləği (25 min dollar) ödəyir.
20 dəqiqəlik çıxış üçün 143 min dollar
Azərbaycan cidd-cəhdləxarici siyasətçilərin qeydinəqalırdı. 2009-cu ildə“Metanol” elektrik stansiyasının açılışında 20 dəqiqəlik çıxış üçün Britaniyanın sabiq baş naziri Toni Bleyrə143 min dollar ödəmişdi. Dövlət televiziyası çıxış edən Bleyri daha sonra prezidentlənahar edərkən göstərdi. Azərbaycan KIV-in “hörmətli qonaq” adlandırdığı Britaniya şahzadəsi Endryu 2005-ci ildən bu yana Azərbaycanı 8 dəfəziyarət edib. 2011-ci ildəo, Britaniya biznesinəAzərbaycana investisiya qoymağa çağırış edəndəisəsərt tənqidlərləüzləşdi. O zaman Bukingem sarayından “The Guardian”a açıqlama verərək, onun bu davranışını “Britaniya şirkətlərinin xarici bazarlarda imkanlarını qiymətləndirmək” kimi əsaslandırdılar.
“Azərbaycanın imicinin problemləri” adlı hesabatın müəllifi Maykl Harris deyir ki, bu, Qərbin Əliyevi legitimləşdirmək cəhdidir: “Avropa siyasətçilərinin Azərbaycanı ziyarət etməsi əslində, bu ölkədəki sadəinsanlara hökumətin Avropa demokratları vəqonşuları iləyaxşı münasibətlərinin olduğunu göstərmək məqsədi daşıyır”.
Rəsmi Bakı tez-tez öz emissarlarını Avropa paytaxtları vəsiyasətçilərilədostluq etmək üçün Qərbəyollayır. Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) materiallarına əsaslanaraq demək olar ki, bu təşkilat Azərbaycanı beynəlxalq auditoriyada reklam etmək üçündür. Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov isə“bu qrupun hökumətəheç bir aidiyyətinin olmadığını” iddia edir. ABŞ-ın Bakıdakı səfirliyindən Dövlət Departamentinəgöndərilən məxfi teleqramları yayan “WikiLeaks” açıqladığı sənədlərəgörə, TEAS Azərbaycan hökumətinin hədəflərini əks etdirir.
Bütün bunlarla yanaşı, Britaniya parlamentinin liberal üzvü Mark Fild vəBritaniyanın Kəşfiyyat vəTəhlükəsizlik Komitəsinin üzvü Azərbaycana iki səfər müqabilində9 min dollar almışdı. Bütün xərcləri TEAS ödəmişdi. Fild TEAS-da Məsləhətçi Şurasının üzvü kimi işlədiyi müddətdə8-16ÿmin dollar arası pul alıb.
Məlumdur ki, hazırda 5 minəyaxın Britaniya vətəndaşı Azərbaycanda işləyir vəBritaniya bu ölkəyəkülli miqdarda investisiya qoyan dövlətlərdən biridir. Fild ötən il oktyabrın 10-da Nümayəndələr Palatasında Azərbaycanın müstəqillik dövründəki uğurlarını qeyd edərək, bu ölkənin Avropanın demokratik dövlətlərinin birliyinin üzvü olmasını arzulayıb. Amma o, Azərbaycanda insan haqlarının durumu barədəheç nədeməyib.
Azərbaycan tənqidçilərinin narahatlığına səbəb olan başqa bir məsələisəAvropa Insan Haqları Məhkəməsi üzvlərini təyin edən ATƏT-dəAzərbaycan hökumətinin “uğurlarıdır”.
Alman deputat Avropa Şurasından niyəuzaqlaşıb?
Almaniya Bundestaqının keçmiş üzvü, 2002-2005-ci illər arasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Insan Haqları vəHüquqi Məsələlər Komitəsinin sədri vəzifəsini tutan Eduard Lintner BerlindəAlmaniya-Azərbaycan Münasibətləri Cəmiyyətindəlobbiçi kimi çalışır. Lintner “Der Spiegel”əverdiyi müsahibəsindədeyib ki, Avropa Şurasından tədricən getməyəməcbur oldu. Çünki təşkilat AŞ PA Komitəsini Azərbaycanda insan haqlarının vəziyyətiləbağlı pozuntuları açıq şəkildədiləgətirməyəçağırırdı.
Bundan başqa, 2010-cu ildəBritaniyanın bir sıra iri media orqanlarının redaktorları vəyazarlarından ibarət 10 nəfərlik qrup şəxsi təyyarəiləLondondan Bakıya uçmuşdu. 3 günlük səfərəşampan içkisi, şəxsi sürücü, kürü hədiyyəsi və“Sugababaes” Britaniya qızlar qrupunun ifası daxil idi. “Ürəyin nəistəsəydi, onu əldəedəbilərdin. Heç nəqadağan deyildi”, - deyəsəfər barədətəəssüratlarını bölüşən jurnalistlərin biri deyirdi.
Səfərdən bir ay sonra sözügedən jurnalistlərdən birinin Britaniyanın ən məhşur qəzetlərindən olan “Daily Mail”də“Əsrarəngiz Azərbaycan: Avropanın ucqarında yerləşən paytaxt Bakı gələcəyədoğru...” başlıqlı məqaləsi çıxdı...
Piar kampaniyası çap mediasından kənarda da aparılır. Keçən ilin noyabrında CNN-də“Azərbaycana baxış” adı altında qısa kadrlar getdi. Azərbaycanın Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən pulu ödənilən kadrlarda ölkədəinsan haqları sahəsindəki problemlər barədəheç nədeyilmirdi. CNN-in nümayəndəsi etiraf edir ki, “Azərbaycana baxış” Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.
Moda jurnalı “Conde Nast” ötən ilin oktyabrında Azərbaycanı modellərin əhatəsindəfotolarla Avropa dəyərləriləuzlaşan ölkəkimi təsvir edib. Prezidentin qızı Leyla Əliyeva tərəfindən redaktəolunan jurnalın nömrəsinin 26 səhifəsi “Eurovision”a həsr olunmuşdu. Amma bir səhifədəbelə, xatırladılmırdı ki, prezidentin kürəkəni Emin Ağalarov yarışma zamanı xüsusi qonaq kimi aparıcılıq edəcək.
Hər şeyəhazır olmaq göstərişi...
Ironik olan budur ki, Azərbaycanı müsbət baxımdan tanıtmalı olan “Eurovision” yarışması hakimiyyətin həssaslıqla qoruduğu imici məhv etdi. Son həftələr qəzetlər “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, “Crystal Hall”un tikildiyi yerdəinsanların məmurlar tərəfindən zorla evlərindən çıxarılmasından yazır. “Onlar düşünürdü ki, ”Eurovision" onların təbliğat tacında qiymətli daş olacaq", - deyə“Amnesty International”ın nümayəndəsi Dalhauzen bildirib. “Eurovision”la əlaqədar 30 min qonağın, o cümlədən 1500 jurnalistin ölkəyəgəlişinin Azərbaycan üçün ən geniş “PR” test olacağını, hətta birinci xanım Mehriban Əliyeva da bilir. O, yarışmanın bəziləri üçün bayram əhval-ruhiyyəli tədbir, bir başqaları üçünsəsiyasi fürsət olacağını düşünür. Buna görədəhər şeyəhazır olmaq göstərişi verilib...
Azadliq