Tarix : 2012 May 08
Kod 30191

Azərbaycan İslam Hərəkatının Qadınlar Şürasının sədri: HACI RAMİN ŞƏHİD EDİLİB!

AZƏRBAYCAN İSLAM HƏRƏKATININ QADINLAR ŞURASININ SƏDRİ- SUDABƏ İBRAHİMBƏYLİNİN “MTN” TƏRƏFİNDƏN ŞƏHİD EDİLMİŞ HACI RAMİN BARƏSİNDƏ FİKRİ:
/Aran agentliyi

Allah hacı Ramin qardaşımızı rəhmət etsin inşallah. O Allah evində Allaha həqiqi ləbbeyk deyən hacılardan və şahadətə layiq bir insan idi. İslam dininin düşmənləri, zalım, xəyanətkar hakimiyyət onu şəhid etdi. Biz analar övladlarımıza haqq yolunda min bir əziyyətə qatlaşıb, yolunu dəyişməyən hacı Raminin dini üçün xidmətlərini həmişə nümunə göstərmişik və göstərəcəyik. Hacı Ramin nəinki, Lənkəranın,  bütün Azərbaycanın fəxri sayılan hacılarından idi. Mən bir müsəlman qadın kimi hacı Raminin zalım qatillərinə lənət oxuyuram. Hacı Raminin ailəsinə başsağlığı verəndə onun nümunəli, ismətli ailəsinə təbrik deyə bilmişəm ki, hacı arzusuna çatdı. Peyğəmbər və onun pak ailəsinə qovuşdu. Allah zalım hakimiyyətə lənət etsin. Qardaşlarımızın bəziləini şərləyib zindana salır, bəzilərini də  bu cür qətlə yetirir . Biz  hacı Ramin qardaşımızı onun xalq üçün etdiyi yaxşılıqları, dininə etdiyi xidmətləri heç vaxt unutmayacağıq.!

ruhaniler.org

  • Yazılıb
  • da (də) 2012 May 08