Biz Təbriz əhalisi ümid edirik ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev Təbriz əhalisinin aydın və qətiyyətli xəbərdarlığını eşidərək…
  g/aran
Artıq bir müddətdir ki, əhalisinin 95%-i müsəlman və 85%-i şiə olan və İslami Əməkdaşlıq Təşkilatının üzvü sayılan  Azərbaycan Respublikasından xoşagəlməz xəbərlər daxil olmaqdadır ki, yalnız müsəlmanların deyil, bütün azad düşüncəli hər bir insanın ürəyini ağrıdır.
 
Azərbaycan Respublikası hökumətinin indiyə kimi nəticəsiz qalan ölkədə məscidlərdən azan verilməsini yasaqlamq üzrə aşkar və gizli səyləri, bir neçə məscidin dağıdılması, orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi və İslama qarşı yönəlmiş siyasətlərə etirazlarına görə yüzdən artıq insanın həbs edilməsi, ölkəyə boğucu atmosferin hakim kəsilməsi, dindarların, onların ailə üzvlərinin və yaxınlarının davamlı olaraq incidilməsi qeyd edilən xəbərlərdəndir. Bir müddət öncə də, Azərbaycan Respublikası dindarlarından olan dini kitab mağazasının sahibi Hacı Ramin Şirməhəmmədov şübhəli şəkildə Azərbaycan Respublikasının təhlükəsizlik xidməti tərəfindən şəhid edildi.
 
Bütün bu səylərin kənarında rəsmi Bakı Azərbaycan Respublikasının müsəlman xalqının mədəniyyəti və dini etiqadları ilə daban-dabana ziddi olan bir hərəkətdə, bu günlər respublika əhalisinin və region xalqlarının narahatlığına səbəb olan bayağı Avroviziya mahnı müsabiqəsi və ondan da daha pisi Gey Paradın keçirilməsinə ciddi formada tədarük görməkdədir. Əlbəttə, bu bayağı mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası müsəlmanlarının üzləşdikləri çətinliklər və problemlər özü son dərəcə kədərli və ürək ağrıdan bir macəradır. Buna misal olaraq, homoseksualların paradına şəraitin yaradılması məqsədilə evləri dağıdılan insanların vəziyyətinə indiyə kimi aydınlığın gətirilməməsidir.
 
Biz, Təbrizin müsəlman əhalisi öz şəri və dini vəzifələrimiz çərçivəsində habelə, böyük təqlid mərcələri və hörmətli imam cümələrin xüsusilə də davamlı olaraq ərazilərinin 20%-i düşmən işğalında olan Azərbaycan Respublikası hökumətinin şiələrə qarşı yönəlmiş siyasətlərə son verməsini istəyən Həzrət Ayətullah Müctəhid Şəbistərinin göstərişlərini himayə məqsədilə tələb edirik ki, bu ölkə xalqının tarixi, mədəniyyəti və dini etiqadları ilə təzadda olan rəftarlara son qoyulsun, qondarma Avroviziya mahnı müsabiqəsi adı altında Qərbin pozğun mədəniyyətinin təbliğ edilməsi dayandırılsın və dünyanın 2-ci şiə ölkəsində homoseksualların paradının təşkil edilməsi kimi fikirlərə belə qapılmaqdan pəhriz edilsin. Əgər belə bir səhvə yol verilmiş olarsa, bu yanlış hərəkət Azərbaycan xalqının habelə, Təbrizin və İranın digər şəhərlərinin müsəlman əhalisinin  qəzəbi ilə üzləşmiş olacaq.
 
 Ozaman,bu qəzəbin qarşısını almaq mümkün olmayacaq.
 
Biz Təbriz əhalisi ümid edirik ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev Təbriz əhalisinin aydın və qətiyyətli xəbərdarlığını eşidərək, Avroviziya mahnı müsabiqəsi və Gey Paradı ləğv etsin. Bütün vicdan məhbusları o cümlədən İslam Partiyasının rəhbəri cənab Möhsün Səmədovun azadlığını təmin edərək, rəsmi Bakının İslam dininə qarşı siyasətlərinin kökündə duran sionist İsrail rejimi ilə bütün əlaqələri kəssin ki, İslami Oyanış Hərəkatı və Bin Əli, Qəzzafi, Hüsnü Mübarək və digər diktatorların taleyindən ibrət almış olduğunu əyani formada nümayiş etdirsin.
 
Sonda Azərbaycan Respublikasındakı müsəlman bacı və qardaşlarımıza xitabən elan edirik ki, İslami İran xalqı xüsusilə də həmişə başıuca olan Təbriz əhalisi Azərbaycan Respublikasında dini və ilahi dəyərlərin bərpa edilməsi yolunda daim onların kənarında olacaq və məzlumların zalımlar üzərində qələbə çalacağı haqda ilahi vədin gerçəkləşəcəyinə inanır.
 
Təbriz əhalisi
 
8 May 2012-ci il