Tarix : 2012 May 09
Kod 30239

Təbriz Elm Dairələrinin tələbələrinin homoseksuallar şeytani qrupunun Azərbaycan Respublikasında ...

فلماجاء امرنا جعلنا عالیها سافلها و امطرنا علیها حجاره من سجیل منضود
/Aran agentliyi

Bismillahil-Qasimil-Cəbbarin

 

فلماجاء امرنا جعلنا عالیها سافلها و امطرنا علیها حجاره من سجیل منضود

"Beləliklə, elə ki, bizim əmrimiz yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və gildən ibarət daş parçalarından dolu yağdırdıq".

Varlıq aləmində Zühurun və Böyük Hadisənin əlamətləri yaxınlaşdıqca, küfr və fəsadın tərvici də şeytanın muzdurları tərəfindən gücləndirilir. Allahın vədinə əsasən, bütün şeytani qüvvələr Allahın Höccətinin (əc) və Onun Yer üzündəki sonuncu xilaskarının əli ilə məhv olacaqdır.

Çox təəssüflə bu yaxın günlərdə homoseksualların islami bir ölkənin paytaxtında, qeyrətli azərbaycanlıların gözü önündə parad keçirəcəyi xəbəri bütün İslam dünyasını heyrətə saldı və milyonlarla dünya azərbaycanlısını narahat etdi. Bu çirkin, mədəniyyətdən uzaq və dilavərlər yurdu Azərbaycanın adət-ənənəsinə sığmayan əməl və hakimiyyətin bu alçaq təbiətli şeytani qrupun əməli ilə razılaşması, bizi Azərbaycan Respublikasında yaşayan dini bacı-qardaşlarımızla birlikdə bu çirkin əməli pisləməyə, dövlətə və Prezidentin özünə xitab edərək, bir neçə nöqtəni xatırlamağa məcbur etdi:

 

Cənab Prezident

Dünyada hər bir xalq özünəməxsus adət və ruhiyyə ilə tanınmışdır. Azərbaycan xalqı da öz qeyrət, şücaət və cavanmərdliyi ilə dünyada məşhurdur. Azərbaycanın dindarları və qeyrətli kişiləri kommunistlərin hakimiyyətdə olduğu qara dövrdə öz iman və etiqadlarını qorumağa xatir zindan, işgəncə, Sibirə sürgün kimi məşəqqətlərə dözmüşdülər. Bu gün həmin dindarlar öz iman və etiqadlarına xatir zülmün digər formalarına dözürlər. Bakı əhalisinin 20 yanvarda göstərdiyi qəhrəmanlıq və onların rus əsgərləri tərəfindən və tanklardan açılan atəşin qaraşısında müqaviməti, bu hadisənin nəticəsində şəhid olmuş yüzlərlə insanın qanının əsəri hələ Bakının küçə və xiyabanlarından silinməyib.

 

Cənab Prezident

Müsəlmanlarla düşmənçiliyi heç kəsə gizli olmayan amerikalı və israilli dostlarını razı salmaq o qədər önəmli olubdur ki, onların istəyi və göstərişi ilə müsəlman qızlarının başından hicab götürürlür və hicablı qızlar təhsildən məhrum olur. Azərbaycanın izzətli, şərəfli, şücaətli və dilavər kişilərinin tarixin həssas zamanlarında İran-Rus müharibələri zamanı qoruduğu məscidləri dağıdırlır. Məscidlərin minarələrindən səslənən ilahi səda olan azanın qadağanına göstəriş verilir. İslamçılar əsassız ittihamlarla zindanlara göndərilir.

Biz gənclər, Elm Dairəsinin tələbələri, Azərbaycanın qeyrətli xalqı və qəhrəmanlar yurdu olan Təbriz əhalisi bu gün Azərbaycan Respublikasında yaşayan azəri bacı-qardaşlarımızla həmdərd olmağımızı bildirmək üçün bir yerə toplaşmışıq ki, bu məzlum xalqın qəlbinə qüvvət verək və sizə dostcasına xatırladaq ki, yurdunuzun böyük şəhidlərinin izzət və səadət yolunu unutmayın və şeytani qrupun minlərlə şəhid qanına boyanmış torpağınıza ayaq basmasına icazə verməyin və qoymayın ki, Azərbaycanın iftixarla dolu tarixinin kənarında bu rusvayçılıq damğası sizin adınıza yazılsın.

Təbriz Elm Dairəsinin Tələbələri

  • Yazılıb
  • da (də) 2012 May 09