Tarix : 2012 May 09
Kod 30240

Azərbaycan var olsun, İlham sənə ar olsun!

Konsulluğun bu hərəkətindən və etirazçıların istəyinə diqqətsizliyindən sonra aksiya iştirakçıları ''biqeyrət'', ''biqeyrət'' deyə şüar verdilər
/Aran agentliyi

Minlərlə Təbriz əhalisi Azərbaycan Respublikasının Təbrizdə yerləşən konsulluğu qarşısında etiraz aksiyası keçirərək, bu ölkədə gey-parad keçirilməsinin dərhal ləğv edilməsini tələb etdilər.

AranNews-in məlumatına əsasən, çərşənbə axşamı günortadan sonra Təbriz əhalisi Azərbaycan Respublikasının Təbrizin Vəliyyi-əsr (əc) məntəqəsində yerləşən konsulluğunun qarşısında toplaşaraq, homoseksualların Bakıda parad keçirməsiniə icazə verilməsəinə öz etiraz və nifrətlərini bildirdilər.

Baharın yağmurlu və buludlu hava şəraitində keçirilən bu aksiya elə bir şəraitdə idi ki, Azərbayacan konsulluğu və onun ətraf xiyabanları aksiyadan bir neçə saat öncə təhlükəsizlik qüvvələri tərəfindən qorunurdu.

Aksiyada cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən universitet müəllim və tələbələri, fəhlələr və ruhanilər iştirak edirdi.

Etirazçılar fars və türk dillərində şüarlar səsləndirərək Azərbaycan dövlətinin müsəlman bir ölkədə gey-parad keçirməsini sərt pislədilər və bu əməlin dərhal ləğvini tələb etdilər.

Təbrizin dindar əhalisi AR dindarlarını himayə edərək, bu ölkə başçılarından müsəlman bir ölkədə anti-İslam hərəkətlərinə son qoymalarını istədilər.

Aksiya keçirən Təbriz əhalisinin əllərində "Azərbaycan var olsun, İlham sənə ar olsun", "Cənab İlham Əliyev, Allahın əzabından qorx!", " Cənab İlham Əliyev, gey-parad keçirmək əvəzinə Qarabağın azadlığı fikrində ol", "Azərbaycan milləti, qəbul etməz zilləti", "Dünyanın həmcinsbazları Azərbaycanda, ölkənin islamçıları zindanda", "Allahın lənəti olsun həmcinsbazlara, onları himayə edənlərə, təşviq edənlərə", "Azərbaycan dövləti, qarət edib qeyrəti", "Qarabağ rəqslə, mahnı ilə, geylərin əli ilə azad ola bilməz" və digər bu kimi plakatlar götürərək, Azərbaycan dövlətinin əxlaqsız "Eurovision" müsabiqəsi və gey-parada ev sahibliyi etməsini bərk pislədilər və Azərbaycan hökumətindən bu hərəkətindən çəkinməsini istədilər.

Aksiya keçirilən zaman Azərbaycan konsulluğunun daxilində olan şəxslər etirazçılardan qorxaraq aksiyanın sonuna kimi öz yerlərindən eşiyə çıxmadılar və bağlı pəncərə və qapıların arxasından aksiyanı müşahidə edirdilər. Əlbəttə, konsulluq təhlükəsizlik qüvvələri tərəfindən möhkəm qorunurdu.

Konsulluğun bu hərəkətindən və etirazçıların istəyinə diqqətsizliyindən sonra aksiya iştirakçıları "biqeyrət", "biqeyrət" deyə şüar verdilər.

Etirazçılar konsulluğa öz bəyanatlarını çatdırmaq istəyirdilər. Amma konsulluq etirazçıların qarşısına çıxmaq və onların bəyanatını almaq istəmədi. Hətta, qapının ağzına gələrək bəyanatı almaqdan da çəkindi.

Bu arada aksiyaya qatılan qadınlardan biri müsəlman qadınının hicab və iffət simvolu olaraq konsulluğun qapısına yaxınlaşaraq, bəyanatı konsulluğun daxilinə atdı və iştirakçılar tərəfindən alqışlandı.

Aksiya bir saat yağışın altında keçirildi.

Aksiyada həmçinin, "Azərbaycan oyaqdı, şiələrə dayaqdı", "Təbrizlilər oyaqdı, şiələrə dayaqdı", "Vay, əgər Xamenei cihad hökmünü verə", "Eurovision musiqi müsabiqəsi deyil, əxlaqsızlığın və homoseksuallığın təşviqidir" kimi şüarlar səsləndirdilər.

Bu aksiya heç bir qanun pozuntusuna yol verilmədən və tam sakit bir şəkildə keçirildi. Təbriz əhalisi bu aksiyanı fərəc duası və "Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız" şüarları ilə sona yetirdilər.

  • Yazılıb
  • da (də) 2012 May 09