İran İslam Respublikası və Azərbaycan Respublikası ikitərəfli əlaqə səviyyəsinin yüksəlməsi və əməkdaşlıqların genişləndirilməsi məqsədilə mövcud potensiallardan bəhrələnmə zərurətini vurğulayıblar
  /Aran agentliyi
İran İslam Respublikası və Azərbaycan Respublikası ikitərəfli əlaqə səviyyəsinin yüksəlməsi və əməkdaşlıqların genişləndirilməsi məqsədilə mövcud potensiallardan bəhrələnmə zərurətini vurğulayıblar.
 
İranın xarici işlər naziri Əli Əkbər Salhei dünən Tehranda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə müxtəlif sahələrdə İranın malik olduğu potensiallara toxunaraq deyib: İran İslam Respublikasının iradəsi qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi və bu münasibətlərin yüksək səviyyəyə çatdırılmasına yönəlib.
 
Əli Əkbər Salehi həmçinin İran və Azərbaycan Respublikası ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün bütün qabiliyyətlərindən istifadə edəcəklərinə ümidvarlığını bildirib.
 
Bu görüşdə Azərbaycan Respublikasının XİN rəsmisi ölkəsinin İranla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üzrə müsbət iradəsindən danışıb. O, deyib: Azərbaycan Respublikası İranla daha artıq əlaqələrin olması və ikitərəfli münasibətlərin genişləndirilməsi üçün tamamilə hazırdır.
 
İranla Azərbaycan Respublikası arasında müştərək mədəni ortaqlıqlara işarə edən Xələf Xələfov sonra deyib: İran İslam Respublikası Azərbaycan respublikasının xarici siyasətində xüsusi yeri olan bir ölkədir. Rəsmi Bakı Tehranla əlaqələrin bərqərar edilməsi haqda müstəqil qərar qəbul edəcək və heç kəsin fikrini qəbul etməyəcək