Tarix : 2012 May 10
Kod 30254

Vicdan məhbusu Hacı Abgül Süleymanovun məhkəməsi təxirə salınıb

Hicab qadağasına etirazına görə Azərbaycan Respublikası MTN-I tərəfindən həbs olunmuş Ruhani Hacı Abgül Süleymanovun məhkəməsi təxirə salınıb
/Aran agentliyi

 

 Hicab qadağasına etirazına görə Azərbaycan Respublikası MTN-I tərəfindən həbs olunmuş Ruhani Hacı Abgül Süleymanovun məhkəməsi təxirə salınıb.

May ayının 11-i Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun hazırlıq iclası keçirilməli idi.

Hicab qadağasına etirazına görə həbs olunmuş Hacı Abgül Süleymanova qarşı irəli sürülən ittihamlar   Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ,İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə ,Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma,Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə ittihamlarıdır.

Hüquq müdafiəçiləri  bu ittihamları gülünc sayıblar.

  • Yazılıb
  • da (də) 2012 May 10