Tarix : 2012 May 13
Kod 30277

Cənab Ayətullah-üzma Məkarim Şirazinin İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransına ünvanlan...

Azərbaycan Respublikası şiələrin sayına görə dünyanın ikinci ölkəsidir
عادلی/Aran agentliyi

Azərbaycan Respublikası şiələrin sayına görə dünyanın ikinci ölkəsidir

Bismillahir-Rəhmanir-Rəhim
Şiələrin məskunlaşdığı Ərdəbil ustanında mühüm bir məqsədlə təşkil olunmuş bu əzəmətli konfrans münasibətilə bütün qardaş və bacıları, təşkilatçıları təbrik edir, onların hər birinə təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikası şiələrin sayına görə dünyanın ikinci ölkəsidir. Azərbaycan əhalisinin 80 faizindən çoxu Əhli-beyt məktəbinin davamçısıdır. Azərbaycan müsəlmanları öz dinlərinin prinsip və əhkamlarına son dərəcə bağlıdırlar, onların qorunması yolunda çalışırlar. İslam Oyanışı şəraitində bu ölkə müsəlmanlarının başqa ölkə müsəlmanları ilə sıx rabitədə olması zəruri görünür. Bu rabitə sayəsində onların rahatlıq və təhlükəsizliyi tam qorunmuş olar.
Hamı bilməlidir ki, İslam səmavi dünya dinidir. İslam təlimləri sərhədlər, hakimiyyətlərlə məhdudlaşmır. Bu səbəbdən müctəhidlər, din alimləri dünya müsəlmanlarının problemləri və mənafeləri ilə bağlı məsuliyyət hiss edirlər. Xəbərdarlıq və müjdə prinsiplərinə riayət etmək dünyanın bütün nöqtələrində (Qafqazda, xüsusilə şiə Azərbaycanda) din alimlərinin vəzifəsidir.
Amma son günlər mətbuatda yayılmış bir xəbər din alimlərini, İslam ardıcıllarını və Azərbaycan müsəlmanlarını çox narahat etmişdir. Bu xəbərə görə Azərbaycanda İslam təlimlərinə zatən yad olan Eurovision adlı tədbir keçirilməsi planlaşdırılır. Ən pisi budur ki, tədbirdən öncə homoseksualların paradı nəzərdə tutulub. Bu kimi olaylardan Allaha pənah aparmalıyıq. İnşaallah, bu xəbər yalan olar. Amma Azərbaycan Respublikası dövlət rəsmilərinə xatırlatmaq lazımdır ki, bu kimi tədbirlər nə onların, nə millətin, nə də ölkənin müstəqilliyinin xeyrinədir.
Qərblilər, xüsusilə İsrail Azərbaycan Respublikasını, bu məmləkətin inanclı insanlarını İslam təlimləri və İslam ölkələrindən uzaqlaşdırmaqda israrlıdır. Onlar Azərbaycana yağlı tikə kimi baxır və ac qarınlarını onun sərvətləri ilə doldurmaq istəyirlər.
Bu ölkənin möhtərəm dövlət rəsmilərinə tövsiyəmiz budur ki, belə zərərli tədbirlərin əvəzinə ölkələrinin elmi tərəqqisi, xalqın rifahı, Qarabağın azad olunması barəsində düşünsünlər. Qarabağda baş verənlər hər birimizi narahat edir.
Ümid edirik ki, İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransında bu həyati məsələ araşdırılacaq, Azərbaycan rəsmilərinə zəruri tövsiyələr veriləcək.
Bir daha bu konfransın müqəddəs məqsədlərinin reallaşması üçün Allah-taaladan yardım diləyirəm.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

  • Yazılıb
  • da (də) 2012 May 13