Tarix : 2012 May 13
Kod 30278

Tehran Universiteti Beynəlxalq Hüquq Tədqiqatları Mərkəzi fakültəsinin müdiri: İslami oyanış regi...

Cənab doktor Əsgər Xani ''Amerikanın beynəlxalq hüquqda ayrıseçkilik siyasəti (Qafqaz dairəsinə diqqət etməklə)'' adlı məqaləsini ''İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı''na təqdim etdi.
عادلی/Aran agentliyi

Tehran Universiteti Beynəlxalq Hüquq Tədqiqatları Mərkəzi fakültəsinin müdiri: İslami oyanış regionda, əsasən də Azərbaycan Respublikasında labüddür

Cənab doktor Əsgər Xani "Amerikanın beynəlxalq hüquqda ayrıseçkilik siyasəti (Qafqaz dairəsinə diqqət etməklə)" adlı məqaləsini"İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı"na təqdim etdi.

AranNews - Mənbəmizin məlumatına əsasən, Tehran Universiteti Beynəlxalq Hüquq Tədqiqatları Mərkəzi fakültəsinin müdiri cənab doktor Əsgər Xani "Amerikanın beynəlxalq hüquqda ayrıseçkilik siyasəti (Qafqaz dairəsinə diqqət etməklə)" adlı məqaləsini"İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı"na təqdim etdi.

Məqalədə toxunulan mövzulardan bəzi hissələri diqqətinizə çatdırırıq:

Amerikanın beynəlxalq siyasətdə istifadə etdiyi nəzəriyyə, nəticə-yönümlü nəzəriyyədir. Əlbəttə, bu siyasəti ayrıseçkilik mövzusunda istifadə edir. Qafqaz regionu da Amerikanın bu siyasətindən kənarda qalmamışdır.

Bu günləri biz Qafqaz ölkəsi olan Azərbaycan Respublikasının parlamentində anti-İran təbliğatın şahidiyik. Bu təbliğat beynəlxalq hüquqda cəlb olunur və qarşı ölkə öz beynəlxalq hüquqlarından istifadə edərək münasib əksül-əməl göstərə bilər. Biz real surətdə görürük ki, Azərbaycan Respublikasında  bəzi məsələləri əksinə cilvələndirirlər. Qafqazlı qardaşlarımız bizim canımızdır. Hətta fizika qanunlarına əsasən, bizim molekullarımız da eynidir. Ona görə də onların bizə təmayüllü olmaları təbiidir. Amma Amerika və sionistlərə bağlı media bu məsələni dəxalət adlandırırlar.

Doktor Əsgər Xani öz məqaləsində hakimiyyəti obyektiv və subyektiv kimi iki kateqoriyaya bölərək yazır: "Qafqaz ölkələrinə bizim tövsiyəmiz budur ki, ABŞ və Avropanın gücünə söykənməsinlər. Çünki hərbi güc xalqın taleyini təyin edə bilməz. Əlbəttə, bu ölkələrin iqtisadiyyatına da söykənmək düzgün deyil. Çünki hətta, amerikalı siyasətçilər özləri də Amerikanın iqtisadi və mənəvi cəhətdən tənəzzülə uğramasını etiraf edirlər".

Universitet müəllimi məqaləsinin sonunda İranın qabaqkı vaxtlardan da artıq Qafqaz ölkələri ilə sazişinə təkid edərək xatırladır: "İslami oyanış regionda, əsasən də Azərbaycan Respublikasında qaçılmazdır və biz islami oyanışın Qafqaz regionuna təsirlərini tezliklə görəcəyik.Bizim bu sözümüz dəxalət ünvanı ilə deyil, bəlkə canlarımızın bir hissəsi olanlar barədə görüşlərimizi bildirməkdir".

  • Yazılıb
  • da (də) 2012 May 13