Tarix : 2012 May 13
Kod 30282

Evrovisionu bu ölkəyə gətirənlərlə mübarizə aparmayan ruhani xəyanətkardır. Ən azından özünə, nam...

MRC-Mübariz Ruhanilər Cəmiyyətinin Sədri ruhani Tohid İbrahimbəylinin Türkiyədə kudus tvdən yayımlanan Azərbaycan hicab tutsakları proqramındakı çıxışının mətni.
عادلی/Aran agentliyi

 MRC-Mübariz Ruhanilər Cəmiyyətinin Sədri ruhani Tohid İbrahimbəylinin Türkiyədə kudus tvdən yayımlanan Azərbaycan hicab tutsakları proqramındakı çıxışının mətni.

 

Bismillahir-Rəhmanir-Rəhim. Əvvəlcə mən minnətdarlığımı bildirirəm Sizlərə, studiyada olan qonaqlara ki, bir qonşu ölkə kimi öz qardaş və bacılarınızın Azərbaycanda səslərinə səs vermisiz. İnşaAllah Allah qarşısında vəzifəni yerinə yetirib biz müsəlmanların çağırışına ləbbeyk demisiz. Allah Sizi hifz etsin inşaAllah.

 

Mən istəyirəm üzümü tutam həm Azərbaycana, həm Türkiyəyə və bütün müsəlman xalqlarına. Bizə məlumdur ki, SSRi dağılandan sonra müsəlman Ölkələri üçün layihələr yazılıb. Mossad, İsrail, Qərb tərəfindən ki, bu müsəlman ölkələrindən islami hürriyyət, dini əsasları alınsın. Azərbaycan da bu ölkələrdən biridir. Yəni bu proqram 15 -20 ildir icra olunur.  Bu plan ondan ibarətdir ki, dini simvollar, dini atributlar Azərbaycanda ləğv olunsun. Buna da Əliyevlər rejimi qol çəkib.  Bunun icrası da Azərbaycanın strateji planına çevrilib. Yəni strateji plan, həm müharibə vaxtı, həm aclıq vaxtı, ən çətinlik vaxtı da bu gərək icra olunsun.  Avropa Bakı-Ceyhan neftinin bir iqtisadi bəndinin kənarında, iqtisadi müamilənin kənarında Azərbaycanı istismar edib dini atributların, dini simvolların aradan getməsini Heydər Əliyevdən istəyib. Bu gün biz görürük ki, dinimizə, hicabımıza, namusumuza, qeyrətimizə xətərlər var, bu proqramlaşdırılmış və layihələşdirilmiş bir əməldir ki, Əliyevlər öz başçılarına, Ağalarına bunu söz veriblər.

 

Əgər biz bunların qarşısında sükut etsək, mübarizə xəttindən çəkinsək, əmin olun ki, bunlar bu addımlardan da geniş addımlar atıb Azərbaycanı Dünyanın ən böyük fəsad mərkəzlərindən biri etmək planın icra edəcəklər.  Buna görədir ki, evrovision və gey-parad Azərbaycana salınıb.  Neçə həftədir ki, Azərbaycanda rejim tərəfindən məscidlərdə,bölgələrdə ağsaqqallarla, böyüklərlə görüşlər keçirilir və bu görüşdə onlara deyirlər ki, evrovision layihəsi Azərbaycana çox xeyirdir. Azərbaycan çox tanınacaq bu layihəynən. Həmcinsbazların paradın isə inkar edirlər. Amma bunlar bir dəfə cürət edib rəsmi şəkildə telekanallarda və ya özlərinin informasia agentliklərində heç vaxt bunu inkar etməyiblər. Bunlar bizim başımızı aldatmaq istəyirlər. Məhz buna görədir ki, bizim qardaşlarımız, mübariz ruhanilərimiz, can-ciyərlərimiz bu gün həbsdədirlər. Yəni bunların həbsi həbs sayılmır, bunlar həqiqi azadlıqdadırlar, biz həbsdəyik ki, bu gün çöldəyik. Amma bunu demək olar ki, Allah bizə əmanət saxlayır o qardaşları içəridə. Allah-Təala Hacı Mövsüm kimi vücudu Azərbaycana əmanət verib və əmanət kimi onu həbsdə saxlayır. Allah-Təala Hacı Abgül kimi mübariz qardaşımızı ki, Azərbaycanda ən böyük zəhmətləri çəkib , əmanət saxlayır həbsdə. Bu həbslər Allah-Təala tərəfindən bizə hədiyyə və mərhəmətdir. Zalimin üzü bu həbslərlə açılıb və açılır. Hacı Mövsümün çıxışından 1 il ötüb, amma görün bu 1 ildə Azərbaycanda nələr baş verib. Camaat nə qədər zalimə qarşı mübarizəynən maariflənib. 1 il qabaq İslamçılar qalxardılar, islamçıların səsi çıxardı. Amma bu gün bütün Azərbaycan zülmə etiraz edir. Evlər sökülür xalq etiraz edir, korrupsiya və rüşvətxorluğa etiraz edir və başqa məsələlərə etiraz edir. Bunlar hamısı xalqın etiqadın əmələ gətirdi. Bu Hacı Mövsümün o ixlasla çıxışının nəticəsidir.

 

Nurəddin Şirin qardaşmızın sözlərini təsdiq etmək üçün istəyirəm Muəhəmməd Peyğəmbərdən (s.ə.v.s) və əhli-beytdən bir neçə hədisə işarə edim.  Peyğəmbər (s.ə.v.s) öz əshabına buyurdu: Ey mənim ümmətim! Hər zamanın din Alimləri yer üzündə bizim nümayəndəmiz və əmanət sahiblərimizdi. Üzləşən hadisələrdə onlara müraciət edin. O vaxta qədər ki, o Alimlər dünyaya daxil olmayıblar.  Əzhab sual edir: Ya Rəsuləllah Alimlərin Dünyaya daxil olması necə olur?  Həzrət buyurur: Əgər bir Alim zəmanənin zalım hakimiyyətinin zülmünün qarşısında sükut edib öz etirazını bildirməsə, o Alim Dünyaya daxil olmuş olur. (Dünyanın quluna çevrilir)  Belə bir vaxtda necə ki, quzu canavardan qaçar, dininizi götürüb o alimdən uzaqlaşın.

 

Ayrı bir hədisdə İmam Sadiq Əleyhissəlam buyurur: Məlundur, məlundur o Alim ki, Allahın dini təhlükədə olan vaxtda susub öz etirazını bildiməsin.

 

Başqa bir hədisdə İmam Hüseyn (ə) buyurur:

 

Heç vaxt o anı görmək istəmirəm ki, mən kimi biri Yezid kimi birinin qarşısında beyət edib onun əməlləriylə barışsın.

 

İndi də əgər biz özümüzü Hüseynçi hesab ediriksə gərək zəmanənin Yezid kimiləri ilə İmam Hüseyn (ə) kimi rəftar edib, etdikləri zülmün qarşısında baş əyib susmayaq. Əgər indiki Əliyevlər rejimi Yeziddən betər olmasalar da ən azı Yezid kimidirlər. (Amma Yezid gey-parad keçirtməmişdi)       Mənim üçün çox maraqlıdır. Bu günə qədər susan ruhanilər və dindarlar azan səsinə qadağa qoyulanda susdular, məscid dağılanda susdular, hicaba qadağa qoyulanda susdular, dindarlar həbs olundu susdular. İndidə gəlib qeyrətimizə, namusumuza əl uzadıb gey-paradı bu ölkəyə gətirirlər, yenə də susurlar. Bəs bu adların ruhani, dindar qoyanlar nə vaxt dinin dərdinə dəyəcəklər? Hansı vaxt etiraz səslərin qaldıracaqlar? Bundan ki, o tərəfi yoxdur. İndi əgər dinimizin yaralarına məlhəm olmasaz nə vaxt olacaqsız?

 

Bu gün hər kəs gərək gücü qədər, varlığı qədər, dili qədər desin. Ən azı desin. Birinin Hacı Mövsüm qədər ola bilməz cəsarəti, birinin Hacı Abgül qədər şücaəti ola bilməz, amma deyə ki bilsinlər, zərbənin qarşısını ki ala biləsən. Bu hakimiyyət gedəcək. Bunlar fironcığazlardı, bunlar cılızdılar. Allahın qorxusu qəlblərində olan insanlar bir an bu Əliyevlərə baxsa onların nə qədər əskik, cılız olduğunu dərk edərlər. Buna göz lazımdı görsün. Bu zülmün qarşısında sükut edib baş əymək, qul və nökər olmaq Dünya və Axirətin arlığın gətirər. Ayılın ey Alimlər, ey möminlər, ey Azərbaycan Xalqı, ey müsəlmanlar, bu gün təmam Dünya biz müsəlman üçün Azərbaycanda, Türkiyədə və başqa ölkələrdə proqram qurub. Səssiz müharibədi. Yəni əgər müharibə edib qanımız tökülsə idi bu qədər biz özümüzü xərcləməzdik. Amma ən böyük müharibə səssiz müharibədi. Burda munafiqnən dostu ayırmaq çətindi, burda ixtilaf salanlar çoxalar. Burda dost-dostu özünə düşmən hesab edər, düşməni isə özünə dost hesab edər. Bunu ayırmaq üçün gərək Allahdan da mədəd istəyək.Biz bəzi vaxtlar mübarizəyə addım atırıq amma,  Allahdan mədəd istəməyimiz az olur, ixlasımız, təkcə Allaha xatir addım atmağımız zəif olur. Ona görə bəzi vaxtlar nəticə vermir. Bu gün Hacı Mövsümün bir çıxışı Azərbaycanı titrətdi, ona görə ki, Hacı Mövsümün baxışı da ibadət idi, onun yerişi də ibadət idi, bir sözlə o islamın həqiqi təcəssümüdür. Dost, düşmən Hacı Mövsümü görəndə Allah yadına düşürdü. Belə bir şəxsiyyət Azərbaycan hərəkatının Rəhbəridi. Belə bir şəxsiyyət Azərbaycan İslam Oyanışın Rəhbəridi.  Və mən ümüdvaram belə bir şəxsiyyət və Hacı Abgül kimilər bu hərəkatın başında var, biz həqiqətən qələbə çalacayıq. İndi ya damarlarımızda olan qanlarımızla, ya da zalimlərə Allahın vədəsi tamam olub, zaru-xəlil olmasını görəcəyik. Biz bu əməl üçün gərək çalışaq. Qarşıda evrovision gəlir, həmcinsbazların paradı gəlir, biabırçılıq-biqeyrətlik gəlir. Bunu bu Ölkəyə gətirənlərlə mübarizə aparmayan ruhani xəyanətkardır. Bunu bu Ölkəyə gətirənlərə öz etirazını bildirməyən mömin xəyanətkardır. Ən azından özünə xəyanət edir, öz namusuna xəyanət edir. Əgər biz adımızı İmam Hüseynçi, əhli-beyt yolun gedənlər qoymuşuqsa gərək bunlar kimi də çalışaq. Allahın əzabı gələndə daha baxmayacaq kim yaxşıdı, kim pisdi. Etiraz etməyənlər Allahın əzabına düçar olacaqlar.

 

Allah Sizdən razı olsun, Allah siz kimiləri ki, Azərbaycanda müsəlmanların qeydinə qalanların işlərin artırsın. Allahı and verirəm Həzrəti Mehdinin (ə.c) ehtiram və hörmətinə xatir ki,  Azərbaycanda olan fironcığazları inşaAllah tezliklə məhvi-nabud eləsin. Və rəhmətullahi və bərakatuh.

  • Yazılıb
  • da (də) 2012 May 13