Tarix : 2012 May 13
Kod 30287

Rüsvayedici bir proqramın haşiyəsi

/Aran agentliyi

Yazıçı və tədqiqatçı: Mehran Azəri

 

Qüdsü işğal edən rejimlə Azərbacan Respublikasının əlaqələrinin güclənməsi 2003-cü ildə İlham Əliyev hökumətinin iş başına gəlməsi ilə yeni mərhələyə qədəm qoydu və bu əlaqələr ölkənin xarici siyasətinin önəm verilən məsələlər sırasına daxil oldu. Digər bir tərəfdən daxili etirazlara və Azərbaycan Respublikası xalqının bu münasibətlərin genişlənməsinə qarşı narazılığına baxmayaraq, son illərdə iki ölkə arasında ticarət və hərbi sahələrdə mübadilələrdən əlavə, qondarma rejimin yüksək çinli rəsmilərinin bu təzə yaranmış ölkəyə səfərlərinin intensivləşməsinin də şahidiyik.

Azərbaycan Respublikası hakimiyyətinin ölkə xalqının istəklərinə etinasızlığı elə bir surətdədir ki, İlham Əliyev dövləti öz yaddan çıxmış 20% ərazilərinin azad edilməsi bəhanəsilə xalq qüvvələrinə arxalanmaq əvəzinə sionistlərin ölkəyə səfərlərini artıqmaqla bu uğursuz rejimin regiondakı qeyri-insani məqsədlərini təsdiqləmiş, özünü sionistlərin müttəfiqi və onların planların icra edənlərdən qərar vermişdir. Başqa sözlə desək, bu rejimlə münasibətləri gücləndirməyi Qarabağın azadlığı üçün yeganə yol hesab etmişdir.

28 may 2009 -cu ildə Qəzzədə günahsız körpələrin qatili Şimon Pres Bakıya səfər etdi və bununla da Azərbaycan xalqı islami hərəkatın boğulmasının, azanın qadağasının və  məscidlərin dağıdılmasının şahidi oldu. Wikileaks saytının yaydığı məlumatlardan məlum olur ki, həmin il İlham Əliyev Bakı-Təl-əviv münasibətlərini belə vəsf edib: "Azərbaycan-İsrail münasibətləri 90%-i suyun altında qalmış böyük buz dağına oxşayır". Bu da ikitərəfli münasibətlərin dərinliyindən və onun gizli hissələrinin olmasından xəbər verir.

11 fevral 2011-ci ildə sionist rejimin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri Bakı başçılarının bu rejimlə münasibətlərə meylini və Azərbaycan xalqının bu münasibətlərə nifrət etməsinə etinasızlığını bir daha sübut etdi. Belə ki, sionist rəsmilərinin hər səfərindən sonra ölkə səviyyəsində etiraz dalğaları baş qaldırırdı.

Bir müddət sonra Amerika Yəhudilər komitəsinin icraçı direktoru David Harris 2010-cu ilin iyulunda və dəqiqən Hillari Klintonun Bakıdan səfərdən qayıtdıqdan sonra  Azərbaycana səfər etdi və bu ölkədə yaşayan yəhudilərlə, həmçinin ölkə rəsmiləri ilə görüşərək, fikir mübadiləsi apardılar.

Həmin il İlham Əliyev Hava Limanı ilə bağlı viza rejimində olan problemlərin aradan qaldırılmasına göstəriş verməklə sionistlərin Bakıya asan gediş-gəlişinə şərait yaratmasına çalışdı. Bu qulluqbazlığın nəticəsi 2010-cu ilin payızında hicabın məktəblərdə qadağan olması ilə öz əksini tapdı.

2011-ci il hadisələri Azərbaycan Respublikasının xalqına 1930-cu illərin acı xatirələrini,  əsasən də 1937-ci ildə Stalinin xalqı qətlə yetirməsi və həbs etdirməsini bir daha xatırlatdı. Bu il islami oyanışın dalğalarının genişlənməsinə diqqət etməklə, Bakı hökuməti qabaqcadan özlərinə qarşı təhlükə zəngini hiss edirdilər. Ona görə də sionistlər tərəfindən diktə olunmuş siyasətləri icra etmək və islami oyanışın dalğalarının qarşısını almaq üçün Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun qəhrəmancasına çıxışından sonra azərbaycanlı ruhani və dindarların əsassız ittihamlarla geniş həbsinə başladılar. Bunun ardınca dini çeşidli məhsulların alış-verişini qadağan etmək və din mübəlliğlərinin ezamına qadağa qoymaqla, sionistlərə olan sonsuz qulluqbazlıqlarını göstərdilər. Digər bir tərəfdən isə "Eurovision 2011" müsabiqəsində birinci yeri tutmaq və bunun nəticəsi olaraq gələn il sözügedən müsabiqəyə ev sahibliyi etmək şübhəsiz ki, sifarişlə olmuşdu və bu sionist rejimin Azərbaycanda İslam nidasını boğmaq və bu ölkədə pozğunluğu yaymaq planlarının üstünü pərdələmək məqsədilə həyata keçirilmişdi.

2012-ci ildən 4 ay keçsə də bu il Bakı və Təl-əviv başçıları üçün hər iki tərəfin rəsmilərinin iki tərəfli səfərləri və görüşləri baxımından işgüzar bir il olmuşdur.

2012-ci il yanvarın 25-də İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən iclas çərçivəsində vəsfedilməz bir həvəslə bir daha qondarma İsrail rejiminin prezidenti Şimon Preslə görüşərək, müzakirələr apardı və ikitərəfli münasibətlərin daha da genişləndirilməsini istədi.  Təqribən iki ay sonra 2012-ci il 27 martda Cənubi Koreyada "Nüvə Təhlükəsizliyi İclası" çərçivəsində İsrailin Təhlükəsizlik naziri İlham Əliyevlə görüşərək, onu rəsmi surətdə Təl-əvivə dəvət etdi. Amma çox keçmədi ki, yəni düz bir ay sonra 2010-ci il 23 apreldə sionist rejimin xarici işlər naziri Aviqdor Liberman ikinci dəfə olaraq, iki ölkə arasındakı əlaqələrin iyirminci ildönümünü qeyd etmək və Bakıda İsrail Mədəniyyət Evinin açılışında iştirak etmək məqsədilə gölənilmədən və gizli surətdə Azərbaycan Respublikasına səfər etdi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsi barədə azəri rəsmiləri ilə müzakirələr aparıldı və iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 4 milyard dollara çatdırılmasının nəzərdə tutulduğu bildirildi. Bu rəqəm digər qonşu ölkələrlə müqayisdə həddən artıq böyükdür. Bir az da açıq desək, Azərbaycanın Rusiya ilə ticarət mübadiləsi 2010-cu ildə 1,9 milyard dollar və 2011-ci ildə 2,8 milyard olubdur. Türkiyə ilə də bu rəqəm 2011-ci ildə 1,4 milyard dollar olmuşdşur. İran ilə ticarət mübadiləsi də keçən il 250 milyon dollardan artıq olmamışdır.

2012-ci il aprelin 25-də Azərbaycanın müsəlman xalqı İlham Əliyevin Şimon Presə həqarətedici məktubunun, nəhs və qondarma rejimin qurulması münasibətilə ən gözəl təbrikinin şahidi oldu. Halbuki, həmin günü məzlum Fələstin xalqı səfalət və zillət günü adlandırırlar. Azərbaycan Respublikasının prezidenti məktub yazaraq qəsbkar rejimin başçılarını həmin gün münasibətilə özü və Azərbaycan xalqı tərəfindən təbrik etdi. Bu məktub Azərbaycan Respublikasının enişli-yoxuşlu tarixində və bu diyarın zülmlə mübarizə aparan xalqı üçün bir ləkə olaraq qalacaqdır.

Bu məktubu ikinci Əliyev hökumətinin Qüdsü işğal edən rejimə bir növ bağlılığı bilmək olar. Öz həyat və davamını bu rejimlə münasibətlərinin güclənməsi və davamında axtaran bir hökumət sözsüz ki, müxtəlif ərsələrdə xalqın ən az himayəti ilə qarşılaşacaq.

Hal-hazırda biz onun şahidiyik və bu həmin acı həqiqətdir ki, 20 ildir ki, Dağlıq Qarabağ məsələsi unudulub və hökumət bu həqiqəti ört-basdır etmək, adi camaatı razı salmaq məqsədilə, ikili siyasət yürüdərək, erməni başçıları ilə təntənəli görüşlərin təşkilini davam etdirir və bu görüşlərin nəticələri də indiyə kimi xizəksürmə, şahmat və qumar oynamaq və s. kimi başqarışdırıcı istirahətlərdən başqa bir şey olmayıb.

Əgər biz sionist rejimin vəziyyətinə həqiqi baxışla baxsaq, görərik ki, bu qondarma rejim bir millətin hətta ən adi hüquqlarını belə ayaq altında qoyur, zalımcasına siyasət yürüdür və məşğuliyyəti terrorçuluqdur. Beynəlxalq təşkilatlarda da yalnız Amerikanın veto hüququndan istifadəsi sayəsində qalır. Ona görə də islami ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır. Amma onun bu münasibətləri son vaxtlar baş verən xalq və islami qiyamlar nəticəsində qırılmağa doğru gedir.

Bu münasibətlərdən keçincə, yaddaşlarda həmişəlik qalacaq sual budur ki, həmişə demokratiya və azadlıq jesti verən Bakı başçıları hakimiyyət tərəfindən mediada sansur edilmiş xalqın haqq istəklərini görməməzliyə vursunlar və özlərini saxta ad və ləqəblərə, təkrar şüarlara düçar etsinlər? Amma bundan qafildirlər ki, islami oyanışın dalğaları, xalqın ədalət istəyi və azadlıqsevərliyi ölkənin aşağı səthində formalaşmaqdadır və onun nümunələrini Quba şəhərinin hadisələrində və İlham Əliyevin Berlində jurnalistlərin suallarından yayınmaqda müşahidə etmək olar.

Mübarək, Bin Əli, Qəzzafi kimi diktatorların aqibəti digərləri üçün ibrət olmadımı?

"İbrət alın. Ey bəsirət sahibləri".

İstifadə edilmiş qaynaqlar:

"Yeni Musavat" qəzeti.

"Azadlıq" qəzeti.

"Aran" Xəbər Agentliyi

"Azərtac" Xəbər Agentliyi

"APA" Xəbər Agentliyi

  • Yazılıb
  • da (də) 2012 May 13