Homoseksualların paradına qarşı etirazlar Azərbaycan Respublikası sərhədlərinə çatdı
  /Aran agentliyi
Homoseksualların paradına qarşı etirazlar Azərbaycan Respublikası sərhədlərinə çatdı.
 
AranNews - Cümə günü Culfa əhalisi homoseksualların Bakıda keçiriləcək paradına və Azərbaycan Respublikası dövlətinin anti-İslam hərəkətlərinə qarşı etiraz aksiyası keçirdi.
 
Homoseksualların paradına qarşı etirazlar artıq Azərbaycan Respublikasının sərhədlərinə çatdı.
 
Fars xəbər agentliyinin Culfadan verdiyi məlumata əsasən, bu həftənin cümə namazından sonra Culfa əhalisi Bakı dövlətinin əxlaqsız "Eurovision" müsabiqəsi və gey-parada icazə verməsini pisləmək məqsədilə etiraz aksiyası keçirdilər və Bakı dövlətindən istədilər ki, müsəlman-şiə ölkəsində belə bir proqramların keçirilməsini təcili olaraq ləğv etsin.
 
Culfa əhalisi bu aksiyada Azərbaycan dövlətinin islami dəyərlərə hörmətsizliyinə və anti-İslam hərəkətlərinə qarşı şüarlar səsləndirərək, Bakı dövlətindən anti-İslam hərəkətlərini dayandırmağı tələb etdilər.
 
Aksiya iştirakçıları həmçinin Azərbaycan Respublikasındakı əqidə məhbuslarının azadlığını və bu ölkənin sionistlərlə əlaqələrini kəsməsini istədilər.
 
Aksiyanın sonunda bir neçə bənddən ibarət bəyanat oxundu və "Allahu Əkbər" şüarları səsləndirilərək Azərbaycanın müsəlman xalqını dəstəklədiklərini bildirdilər.
 
Culfa rayonu ensiz bir zolaq surətində Şərqi Azərbaycan əyalətinin şimalında Azərbaycan Respublikası və Ermənistanla sərhəd zonasında yerləşir.