Mübariz Ruhanilər Cəmiyyətinin sözçüsü: ''Gərək İslam dünyasının hədəf və istəklərinə diqqət edək və öz siyasətlərimizi bu prinsiplər üzərində quraq
  /Aran agentliyi
Mübariz Ruhanilər Cəmiyyətinin sözçüsü: "Gərək İslam dünyasının hədəf və istəklərinə diqqət edək və öz siyasətlərimizi bu prinsiplər üzərində quraq".
 
AranNews - Mənbəmizin məlumatına əsasən, "İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı"nın açılışınfa çıxış edən höccətül-islam vəl-müslimin Hacı Salik, hazırkı şəraitdə İslamın missiyası mövzusunu açıqlayaraq, islami oyanışın başlamasını dünyanın bəsirəti yolunda atılmış bir addım adlandırdı.
 
Mübariz Ruhanilər Cəmiyyətinin sözçüsü artırdı: "Gərək İslam dünyasının hədəf və istəklərinə diqqət edək və öz siyasətlərimizi bu prinsiplər üzərində quraq".
 
O, zalım və diktatorlar qarşısında müqaviməti İslamın ən əsas prinsiplərindən oldğunu bildirdi və dedi: "Zülmə qalib olmaq üçün əvvəl ölüm qorxusuna qalib olmaq lazımdır".
 
Höccətül-islam vəl-müslimin Hacı Salik çıxışının digər bir hissəsində dedi: "Azərbaycan Respublikasındakı siyasi və etiqadi məhbuslar tağut rejimi, qərb mədəniyyəti və qərb çılpaqlığı qarşısında müqavimət göstərdikləri üçün zindandadırlar".
 
O, həmçinin İslam ölkələrindəki bədbəxtliklərin səbəbini Amerikanın artıqtamhalığı üzündən olduğunu bildirdi və xatırlatdı: "Amerikalılar Quranı öz müstəmləkiçilik siyasətlərinə müxalif bilirlər, ona görə də Quranı yandırırlar".
 
Hacı Salik çıxışının digər bir hissəsində dedi: "Azərbaycan Respubliskası islami oyanış yolunda hərəkət edir və bizim məqsədimiz İslam ümmətinin vəhdətidir".
 
O, çıxışının sonunda İmam Xomeyni (rh) və Ali Məqamlı Rəhbərin islami oyanış haqda prinsip və təlimlərini aşağıdakı şərhlə açıqladı:
 
1. İslamın ümumidünya olması.
 
2. Dinin siyasətdə ayrı olmaması.
 
3. Zülmlə mübarizə.
 
4. Hakimiyyətin ədalət üzərində qurulması.
 
5. Hökumətin vilayət əsasında qurulması və İslam ümmətinin vəhdəti.
 
6. Müsəlman xalqlarının həqiqi istiqlalı və ümumi islahatçının intizarı.