Tarix : 2012 May 13
Kod 30291

Doktor Həqiqətpur: Ali Məqamlı Rəhbər öz fətvasında Qarabağı İslam torpağı adlandırdı

Bu günləri Bakı dövləti Qarabağın azadlığına ciddi yanaşmaq əvəzinə ''Eurovision'' müsabiqəsi və homoseksualların paradının təşkilini düşünür
/Aran agentliyi

 

Bu günləri Bakı dövləti Qarabağın azadlığına ciddi yanaşmaq əvəzinə "Eurovision" müsabiqəsi və homoseksualların paradının təşkilini düşünür.

AranNews - Bu günləri Bakı dövləti Qarabağın azadlığına ciddi yanaşmaq əvəzinə "Eurovision" müsabiqəsi və homoseksualların paradının təşkilini düşünür.

AranNews-in məlumatına əsasən, Ərdəbil əyalətinin 9-ci İslami Şura Məclisində nümayəndəsi doktor Həqiqətpur "İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı"nın ikinci günü çıxış etdi. Onun çıxışından bəzi hissələri sizə təqdim edirik:

"Qarabağ, Qafqazın ən cənub nöqtəsində yerləşir və indiki Qarabağ, tarixi Qarabağın yalnız bir hissəsidir. Bu ərazi 3-cü əsrdən İran hakimiyyətinin tabeliyində olmuşdur və 8-ci əsrdən başlayaraq İslamın bu regiona qədəm qoyması ilə bu ərazi İslami-İrani dairəyə daxil olmuş və burada azəri, erməni və kürdlərdən ibarət üç xalq yaşamışdır. Qarabağın Rusiyaya birləşməsindən qabaq onun əhalisinin 80 faizini müsəlmanlar və digər 20 faizini ermənilər təşkil edirdi".

O, artırdı: "Ruslar, Qarabağı işğal etdikdən sonra əhalinin məcburi köçürülməsi və coğrafi bölgü nəticəsində müsəlmanları azlığa və erməniləri çoxluğa çevirdilər. 1988-ci ildə Qarabağ Muxtar Vilayəti parlamenti və ona uyğun olaraq Ermənistan parlamenti, Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etdi və azərbaycanlılarla ermənilər arasında qanlı Qarabağ müharibəsi başladı. Azərbaycanın hakimiyyətində mövcud olan daxili ixtilaflar və rusların erməniləri müdafiə etməsi Qarabağın və ona bitişik rayonların ermənilər tərəfindən işğal olmasına gətirib çıxardı. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşdü və Azərbaycana 23 milyard dollar hərbi ziyan dəydi".

Doktor Həqiqətpur daha sonra dedi: "İran İslam Respublikası münaqişənin başlanmasının əvvəlindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün özünün bütün səylərini göstərdi və hətta Ali Məqamlı Rəhbər öz fətvasında Qarabağı İslam torpaqları adlandırdı. Amma təəssüflər olsun ki, İranın hərtərəfli köməklərindən istifadə etmək üçün Bakı dövlətində lazimi iradə olmadı. Azərbaycan dövləti bu günləri də Qarabağın azadlığını siyasi yollarla həll etmək istəyir. Lakin, Minsk qrupunun tərkibinə diqqət etməklə bu ölkə heç bir nəticə əldə edə bilməyəcək".

Doktor Həqiqətpur çıxışının sonunda Azərbaycan Respublikası dövlətini ağır xərclər hesbına başa gələn və əxlaqsız "Eurovision" müsabiqəsi keçirmək əvəzinə Qarabağın azadlığına ciddi çalışmağa dəvət etdi.

  • Yazılıb
  • da (də) 2012 May 13