Vəli Fəqihin Şərqi Azərbaycan vilayətində Culfa şəhərindəki nümayəndəsi Azərbaycan R. hökumətinin İslama zidd siyasətlərini davam etdirməsi barədə xəbərdarlıq edib
/Aran agentliyi
Vəli Fəqihin Şərqi Azərbaycan vilayətində Culfa şəhərindəki nümayəndəsi Azərbaycan R. hökumətinin İslama zidd siyasətlərini davam etdirməsi barədə xəbərdarlıq edib.
Höccətülislam Əli İntizari İRNA xəbər agentliyinin müxbiri ilə müsahibədə deyib: Əgər Azərbaycan R. hökuməti anti-islam siyasətlərində israrlı qalarsa, öz vətəndaşlarının kəskin cavabı ilə üzləşəcəkdir.
İranın Culfa şəhərinin İmam Cüməsi həmçinin Azərbaycan R. hakimiyyətinə xitabən bildirib ki, İran xalqı da rəsmi Bakıya bir həftə vaxt verir ki, bu ölkədə İslama zidd əməllərindən əl çəksin. Əks təqdirdə İran-Azərbaycan R. sərhədində taxta körpü bu ölkə vətəndaşlarının özünə bağlanacaq.
Cənab İntizari Azərbaycan R. hökumətini bunda ittiham edib ki, öz mövcudiyyətini Sionist İsrail rejimindən asılı vəziyyətdə qalmaqda görür.
Məhz bu siyasət çərçivəsində qəsbkar İsrail rejiminin istəklərini yerinə yetirir və müsəlman xalqa divan tutur, İslam və Quran mədəniyyətinin yayılmasına imkan vermir.