İslam İnqilabı Böyük Rəhbərin İran İslam Respublikasının şimal-qərbində yerləşən Qərbi Azərbaycandakı nümayəndəsi Azərbaycan Respublikasının ...
/Aran agentliyi
İslam İnqilabı Böyük Rəhbərin İran İslam Respublikasının şimal-qərbində yerləşən Qərbi Azərbaycandakı nümayəndəsi Azərbaycan Respublikasının anti-islam siyasətlərini tənqid atəşinə tutub.
Urmiyə şəhərinin imam cüməsi Qulamrza Həsəni dünən cümə namazı xütbələrində deyib: Rəsmi Bakının din əleyhinə olan siyasətləri sionist rejimin Eurovision və Gey-Paradının təşkili ilə nəticələnib.
Həsəni Azərbaycan Respublikasının bu kimi mövqeyinə işarə edərək daha sonra deyib: Belə gedərsə, Bakı dövlətinin pis aqibətə düçar olmasına səbəb olacaq.
Urmiyə şəhərinin imam cüməsi daha sonra deyib ki, Bu anti-humanist mövqelərin qarşısında sakit oturmaq olmaz.
Dünən Astara şəhər cümə namazı xitabətçisi Seyid Rza Qüdsi isə bu şəhərin cümə namazın Azərbaycan Respublikasının Eurovision-2012 mahnı müsabiqəsini bu ölkə rəhbərləri üçün böyük bir biabırçılıq adlandırıb.
Qüdsi deyib: Azərbaycan Respublikası dövləti Gey-Parad başda olmaqla bu mahnı müsabiqəsini keçirməklə, islam dininə heç bir etiqadı olmadığı və ailə bünövrəsinə əhəmiyyət vermədiyini sübut etdi.
Qeyd edək ki, Azərbaycan Respublikasında baharın son günlərində keçiriləcək Gey-Parad islamçıların bir çox məhdudiyyətlərlə üzləşdiyi, saxta ittihamlarla dindar kəsimin həbslərə atıldığı bir vaxtda keçirilir.