“Eurovisiona meydan verənlərlə mübarizə aparmayan ruhani xəyanətkardır - ən azı özünə, namusuna xəyanət edir!”
/Aran agentliyi
Azərbaycan Mübariz Ruhanilər Cəmiyyətinin (MRC) sədri, ilahiyyatçı Tohid İbrahimbəylinin Türkiyənin Kudüs TV şəbəkəsinin “Azərbaycan Hicab Tutsakları” proqramında yayımlanan çıxışı
Bismillahir-Rəhmanir-Rəhim. Əvvəlcə sizə, studiyada olan qonaqlara minnətdarlığımı bildirirəm ki, qardaş ölkə olaraq öz azərbaycanlı bacı-qardaşlarınızın səsinə səs vermisiz. İnşaallah, Allah qarşısında vəzifənizi yerinə yetirib, biz müsəlmanların çağırışına ləbbeyk demisiniz. Allah sizi hifz etsin!
Üz tuturam həm Azərbaycan, həm Türkiyə cəmiyyətinə, həm də bütün başqa müsəlman xalqlara. Məlumdur ki, Sovetlər Birliyi dağılandan sonra müsəlman ölkələr üçün məkrli layihələr hazırlandı. ABŞ, İsrail, Qərbdəki anti-islam çevrələr müsəlman ölkələrindən islami hürriyyət, dini etiqadları almaq istiqamətində fəaliyyətə başladı. Azərbaycan da bu ölkələrdən biridir. Bu layihələr 15-20 ildir icra olunur. Məqsəd bundan ibarətdir ki, dini simvollar, dini atributlar ölkəmizdə ləğv olunsun.
Əliyevlər rejiminin reaksiyası nə oldu? Rejim bu layihələrə xeyir-dua verdi. Xəyanətkar layihələrin icrası Azərbaycanın strategiyasına çevrildi. Yəni bu plan həm müharibə vaxtı, həm yoxsulluq dönəmində, ən kritik zamanlarda icra olunmalıdır!
Avropa Bakı-Ceyhan neft kəmərinin haşiyəsində Heydər Əliyevdən dini atributların, dini simvolların aradan götürülməsini istəyib. Bu gün görürük ki, dinimiz, hicab, namus-qeyrətimiz üçün təhlükə var, bu proqramlaşdırılmış və layihələşdirilmiş bir işdir və Əliyevlər öz ağalarına bununla bağlı söz veriblər.
Əgər biz sussaq, mübarizə xəttindən çəkinsək, əmin olun ki, onlar addımlarını daha da sürətləndirəcək, Azərbaycanı dünyanın ən böyük fəsad mərkəzlərindən birinə çevirəcəklər. Buna görədir ki, Eurovision və gey-parad Azərbaycana salınıb.
Neçə həftədir ki, Azərbaycanda, ölkənin ayrı-ayrı bölgələrində rejim nümayəndələri ağsaqqallarla, nüfuzlu adamlarla görüşlər keçirilir və insanları inandırmağa çalışırlar ki, Eurovisionun Azərbaycana çox xeyri var, Azərbaycan dünyada tanınacaq. Homoseksualların paradını isə inkar edirlər. Amma bir dəfə cürət edib rəsmi şəkildə telekanallarda, informasiya agentliklərində gey-paradla bağlı təkzib verməyiblər. Bunlar xalqı aldatmaq istəyirlər. Məhz buna görə bizim qardaşlarımız, mübariz ruhanilərimiz, can-ciyərlərimiz həbsdədir. Onların həbsi həbs sayılmır, qardaşlarımız həqiqi azadlıqdadırlar. Bu gün biz, bayırda olanlar həbsdəyik.
Allah-Taala Hacı Mövsüm kimi insanı Azərbaycana əmanət verib və onu əmanət olaraq həbsdə saxlayır. Allah-Taala ki, Azərbaycanda böyük zəhmətlər çəkmiş Hacı Abgül kimi mübariz qardaşımızı əmanət saxlayır həbsdə. Bu həbslər Allah-Taala tərəfindən bizə hədiyyə və mərhəmətdir. Zalımın iç üzü bu həbslərlə açılıb və açılır. Hacı Mövsümün çıxışından bir il ötüb. Bu bir ildə Azərbaycanda nələr baş verib! Cəmiyyət zülmə qarşı mübarizədə nə qədər maariflənib. Bir il qabaq təkcə islamçılar qalxardı, islamçıların səsi çıxardı. Amma bu gün bütün Azərbaycan zülmə etiraz edir. Evlər sökülür, xalq etiraz edir, korrupsiya və rüşvətxorluğa etiraz olunur, başqa məsələlərə etiraz edilir. Bunlar hamısı xalqın etiqadını formalaşdırdı. Bu Hacı Mövsümün tarixi və ixlasla çıxışının nəticəsidir.
Nurəddin Şirin qardaşmızın sözlərinin təsdiqi olaraq Həzrət Məhəmməd peyğəmbərdən (s) və onun əhli-beytindən bir neçə hədisə işarə etmək istəyirəm. Peyğəmbər (s) buyurdu: “Ey mənim ümmətim! Dövrün din alimləri yer üzündə bizim nümayəndələrimiz, əmanət sahiblərimizdir. Hadisələrlə üzləşəndə onlara müraciət edin - o vaxta qədər ki, o alimlər dünyaya daxil olmayıblar!” Əshab sual verir: “Ya Rəsuləllah, alimlərin dünyaya daxil olması necə olur?” Həzrət buyurur: “Əgər bir alim zəmanənin zalım hakiminin zülmünün qarşısında sükut edib öz etirazını bildirməsə, o alim dünyaya daxil olmuşdur (dünyanın quluna çevrilmişdir). Belə bir vaxtda dininizi götürüb quzu canavardan qaçdığı kimi o alimdən uzaqlaşın!”
Ayrı bir hədisdə İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o alim ki, Allahın dini təhlükədə olan vaxtda susub öz etirazını bildirmir!”
Başqa bir hədisdə İmam Hüseyn (ə) buyurur:
“Heç vaxt o anı görmək istəmirəm ki, mənim kimi biri Yezid kimi birinin qarşısında beyət edib onun əməlləriylə barışsın.”
Əgər özümüzü hüseynçi hesab ediriksə zəmanənin Yezid kimiləri ilə İmam Hüseyn (ə) kimi rəftar edib, zülmün qarşısında baş əyib susmamalıyıq. Əgər Əliyevlər rejimi Yeziddən pis olmasa da, ən azı Yezid kimidir. (Amma Yezid gey-parad keçirməmişdi) Çox maraqlıdır ki, bir qrup ruhani və dindar azan səsinə qadağa qoyulanda susdular, məscid dağılanda susdular, hicaba qadağa qoyulanda susdular, dindarlar həbs ediləndə susdular. İndi də gəlib qeyrətimizə, namusumuza əl uzadırlar. Onlarsa yenə də susur. Adlarını ruhani, dindar qoyanlar nə vaxt dininə yanacaq? Hansı vaxt etiraz səslərini qaldıracaqlar? Bundan lap pis vəziyyət varmı?! Əgər indi dinimizin yaralarına məlhəm olmasaz, nə vaxt olacaqsız?
Bu gün hər kəs gücü həddində etiraz etməlidir. Ən azı dillə etiraz! Hamının Hacı Mövsüm, Hacı Abgül qədər şücaəti ola bilməz. Amma sözlə etiraz edib, zərbənin qarşısını ki ala bilərik!
Bu hakimiyyət gedəcək. Bunlar fironcığazlardı, cılız varlıqlardı. Qəlblərində Allahın qorxusu olan insanlar bir an bu Əliyevlərə baxsa onların nə qədər əskik, cılız olduğunu dərk edərlər. Göz lazımdı bunu görsün. Bu zülmün qarşısında sükut edib baş əymək, qul və nökər olmaq dünya və axirətdə xəcalət səbəbidir.
Ayılın ey alimlər, ey möminlər, ey Azərbaycan xalqı, ey müsəlmanlar! Bu gün bütün dünya zorluları biz müsəlmanlar üçün Azərbaycanda, Türkiyədə və başqa ölkələrdə hiylə qurub. Bu səssiz müharibədir. Əgər müharibədə qanımız tökülsəydi bu qədər əzab çəkməzdik. Amma ən böyük müharibə səssiz müharibədir. Bu arada dostu munafiqdən ayırmaq çətindi, ixtilaf salanlar hər gün çoxalar. Bu arada dost dostu düşmən, düşməni dost hesab edər. Bunu ayırmaq üçün gərək Allahdan yardım diləyək. Biz bəzi vaxtlar mübarizə meydanına atılanda Allahdan yardım istəməyimiz az olur. İxlasımız, təkcə Allaha xatir addım atmağımız zəif olur. Ona görə nəticə əldə etmirik. Bu gün Hacı Mövsümün bir çıxışı Azərbaycanı silkələdi. Ona görə ki, Hacı Mövsümün baxışı da ibadət idi, yerişi də. Bir sözlə, o İslamın həqiqi təcəssümüdür. Dost, düşmən Hacı Mövsümü görəndə Allah yadına düşür. Məhz belə bir şəxsiyyət Azərbaycan İslam Oyanış hərəkatının rəhbəridir. Ümüd edirəm belə bir şəxsiyyət və Hacı Abgül kimi qardaşlar hərəkatın önündədir. Biz həqiqətən qələbə çalacağıq. Allahın zalımlara xəbərdarlığı başa çatıb, onların zəlil olacağını görəcəyik. Biz bunun üçün çalışmalıyıq.
Qarşıda Eurovision gəlir, homoseksualların paradı gəlir, biabırçılıq, biqeyrətlik gəlir. Eurovisiona meydan verənlərlə mübarizə aparmayan ruhani xəyanətkardır - ən azı özünə, namusuna xəyanət edir! Etirazını bildirməyən mömin ən azı özünə xəyanət edir. Əgər biz adımızı İmam Hüseynçi, Əhli-beyt yolunu gedənlər qoymuşuqsa gərək çalışaq. Allahın əzabı gələndə baxmayacaq kim yaxşıdı, kim pisdi, etiraz etməyənlər Allahın əzabına düçar olacaqlar.
Allah Sizdən razı olsun. Azərbaycanda müsəlmanların qeydinə qalan sizin kimi insanlara yardımçı olsun. Allahı and verirəm Həzrət Mehdinin (əc) ehtiram və hörmətinə, Azərbaycanda olan fironcığazları tezliklə məhv etsin, inşaallah.
Və rəhmətullahi və bərakatuh.
HaqqYolu